Moonn

Moonn
@moonn_i10
5 okur puanı
Haziran 2024 tarihinde katıldı
Bir xeyli gözünü yazıdan çəkmədi. Elə bil öz xəttinə həsrətlə baxırdı. Artıq getmək vaxtı olduğunu başa düşdü.Başını qaldırıb tələbələrini bir daha süzdü. Əlini qapının dəstəyinə uzatdı. Uşaqlar gurultu ilə ayağa qalxdılar.
O başa düşdü ki, onun fikrini, fəaliyyətini yarımçıq kəsmək, sözünü ağzında qoymaq üçün gəliblər. Bu onun son dərsi olacaq. Tələbələrlə indiki kimi bir daha üz-üzə dayanıb, ürək sözlərini deyə bilməyəcək. Öz fikrini onlara çatdırmağa bir daha imkanı olmayacaq.
Görəsən bu niyə belədir? Axı,deyirlər insanlar bərabərdir. Əgər belədirsə, hamı təbiətin övladıdırsa, nə üçün biri kasıb, o biri varlıdır?"
Cahandar ağa dözmədi. Üzünü əlləri ilə qapayıb ağzı üstə döşəndi. Birdən saçında bir əlin gəzdiyini hiss etdi: - Dərdin ürəyimə, niyə ağlayırsan? Cahandar ağa dinmədi. Hıçqırığını boğmağa çalışdığından çiyinləri qalxıb-endi: -Elə eləmə, yoxsa özümü öldürərəm. Di yaxşı, bəsdi, məni də ağlamaq tutur. Cahandar ağa başını yuxarı qaldırdı. Qızarmış gözlərini bacısının, üzünə zillədi: - Keç günahımdan, Şahnigar, məni halal elə.

Moonn

, bir kitap okudu
Puan vermedi·512 syf.·
63 günde okudu
·
Okunma: 05 Şubat 2026 19:42
·
2026 2. kitabı
İsmayıl Şıxlı
8.9/10 · 1.109 okunma