Vəsilə

7/10
·168 syf.··
2023 29. kitabı
·
6 günde okudu
·
Okunma: 24 Eylül 2023 19:58
Bir çoxumuzun bildiyi "Verter effekti" adı ilə tanınan kütləvi intiharlar məhz bu kitabla əlaqədardır. Əsər Verterin intiharı ilə bitir və təsir gücü o qədər böyük olur ki, Avropada özünəqəsd epidemiyası geniş yayılır. Ancaq bildirmək istəyirəm ki, kitabdakı hadisələr intihara gətirəcək qədər təsirli deyildi. Düşünürəm ki, bu fikir həmin vaxtlarda şüuraltına işləyərək insanları ölümə aparıb. Zənnimcə, həmin vaxtlar özünə qəsd edən insanlar özlərinin "mental çöküş" ərəfəsində olublar və kitab da onlara bir növ "çıxış" yolunu göstərib. Baş qəhrəman evli bir qadına aşiq olur və eşqinə qovuşa bilməyəcəyini dərk edəndə buna dözmür. İntihar edir. Qısacası, imkansız eşqin insanı haralara gətirə biləcəyindən danışan epistolyar janrda yazılmış bir kitabdır. Oxumağa dəyərdi.
Gənc Verterin İztirablarıJohann Wolfgang Von Goethe · Parlaq İmzalar Nəşriyyatı · 2019149,8bin okunma
10/10
·96 syf.··
2023 9. kitabı
Xəlil Cibran kitabın adı ilə bizi nələrin qarşılayacağını demək istəyib: "Kırık Kanatlar". Kitab qovuşa bilməyən iki aşiqin acı və ağrılı həyatından danışır. Yazar personajların həyatını o qədər incəliklə işləyib ki, oxuyarkən hər detayı ayrı bir zövq və gözyaşları verir insana. Tək sözlə, mükəmməl idi.
Kırık KanatlarHalil Cibran · Martı Yayınları · 202112,4bin okunma
6/10
·728 syf.··
2023 11. kitabı
·
22 günde okudu
·
Okunma: 23 Mart 2023 21:39
"Həyatımın ən xoşbəxt anıymış, bilmirdim..." deyə başlayır kitab. Ancaq sual yaranır: xoşbəxt olduğumuz anları bilsək, onda onların qiymətini, dəyərini də anlayarıqmı ? Kitabdakı hadisələr nişanlı Kamalın mağazada gördüyü, sonradan isə uşaqlıqda birlikdə vaxt keçirdikləri, qohum olduqlarını xatırladığı Füsuna aşiq olması ilə başlayır və onlar bir müddət görüşürlər. Ta ki Kamal Sibellə rəsmi olaraq nişanlanana qədər. Kamalın nişan gecəsinin səhəri günündən etibarən Füsun onu səssizcə tərk edir. Füsun getdikdən sonra xəstə düşən Kamalın nişanlısı da məsələni öyrənir və bu vəziyyətə dözməyərək nişanı geri qaytarır. Bundan sonra isə Kamal uzun müddətli axtarışlardan sonra Füsunu tapır, onunla qovuşduğunu zənn edir. Ancaq bu qovuşma heç də ürəkaçan olmur. Kitabın adının niyə məhz "Məsumiyyət muzeyi" olduğunu qeyd etsəm, böyük bir spoiler vermiş olaram, ona görə də susma haqqımı seçirəm. Ümumilikdə isə onu deyə bilərəm ki, kitab üzərində 6 il işlənəcək qədər mükəmməl deyildi. Orhan Pamuk qələmi haqqında çox eşidirdim, ancaq bu kitabla başlamaqda səhv etmişəm deyə düşünürəm.
Məsumiyyət MuzeyiOrhan Pamuk · Qanun Nəşriyyatı · 201460,3bin okunma
7/10
·250 syf.··
2023 8. kitabı
Xəlil Cibran qələmindən oxuduğum üçüncü kitabdır. Kitab kiçik həcmli hekayələrdən ibarətdir. Kitabın ölçüsünə, hekayələrin həcminə baxıb "bir neçə saat ərzində oxuyaram" deyə düşünülür ilk baxışda. Amma elə deyil. Bəzi hekayələr var ki, onları dönə-dönə oxudum. Bəziləri isə niyə var deyə düşündüm. Yekunda isə onu deyə bilərəm ki, kitab elə də marağımı öz üzərində cəmləyə bilmədi. Bəlkə də fəlsəfi görüşüm "Deli" kitabında Xəlilin fəlsəfəsini anlamağa elə də kifayət etmədi, bu da ondan irəli gəlir. Kitabla qalın...
DeliHalil Cibran · Martı Yayınları · 202121,9bin okunma
8/10
·80 syf.··
2023 7. kitabı
Xəlil Cibranın "Ermiş" kitabının ardınca yazdığı "Ermişin Bahçesi" 2 hissədən ibarətdir: "Ermişin bahçesi" və "Lazarus ve sevgilisi". Birinci hissədə hadisələr Mustafanın illər sonra öz doğma yurduna qayıtması ilə cərəyan edir. Oxuduqca Mustafanın həmyerliləri ilə etdiyi söhbətlər, öz daxili düşüncəsi insanı öz iç dünyasından ayırıb, yüksəkliklərə qaldırır (ya da dərinliklərə endirir). Yazarın Mustafanın dili ilə kitaba axıtdığı fəlsəfi düşüncələr isə kitaba ayrı bir rəng qatıb, oxucunu bir çox hallarda dərindən düşünməyə vadar edir. İkinci hissədə isə hadisələr İsanın ölü Lazarusu ailəsinin istəyi ilə diriltməsindən sonra başlayır. Lazarus ailəsinin bu istəyinə öz etirazını nitqi və hərəkətləri ilə dəfələrlə bildirir. Sonda isə ailəsindən ayrılıb ölüykən qovuşduğu sevgilisinin ardınca gedir. Yekunda isə deyə bilərəm ki, "Ermiş" qədər olmasa da (çünki ilklər bir başqa olur), kitabı çox bəyəndim. Oxuduqca sanki kitabda yer alan personajlarla deyil, Xəlil Cibranın özü ilə həmsöhbət oldum. Şiddətlə tövsiyyə edə bilərəm. Xoş mütaliələr və oxumalar.
Ermişin BahçesiHalil Cibran · Martı Yayınları · 202118,5bin okunma