Açığı kitabın ortalarındaykən ilk dəfə bir Zweig qələmini bəyənməyəcəyimi düşünmüşdüm. Amma tez qərar vermişəmmiş. Kitabın sonda insanlara aşıladığı "Yaxşılıq etməkdən, sevindirməkdən asan nə var?" fikri tam da bugün sadəcə özünü düşünənlər üçün çox gərəklidi. Söz yox, sadəcə özünü düşünənlər kitab oxumur bəlkə də.
Elit bir cəmiyyətin fərdi olan insanın ruhi olaraq çökmüşlüyü ilə başlayır kitabımız. Həyatın bir mənası yoxdu onun üçün. Monotondu hər şey. Uzun yazmaq istəmirəm, əsər boyunca həyatda ona eşq, həyəcan verən əməlləri, amilləri axtarır.
Ortalarda sıxıldım. Hətta vermək istədiyi ısmarıc belə yolunu dəyişdi. Sandım ki, isyankarlığı, oğurluğu tərifləyir. Bəlkə də eləydi)) Hər birimiz hər gün eyni şeyləri edirik, robot kimi, durmadan. Həyat eşqimiz sönüb biz bunun fərqinə varmadan. Bəzən məqsədsiz yaşayırıq, yaşamayaq gərək. Boşa sərf etməyək gərək.
Kitab başlarda və xüsusilə sonlarda elə axıcı dildə yazılıb ki, sanki özün yazıb özün oxuyursan. Gecələr yerimizə girdiğimizdə büründüyümüz kişilik, özümüz olmayan zamanlar, başqalarına - ən yaxınımıza belə deyə bilmədiyimiz sirlər, özünü hamıdan yuxarıda tutan tiplər və bir çox mövzulara toxunulub.
Xoş oxumalar. Olağanüstü Bir GeceStefan Zweig