Kifayət

Kifayət
@mybookreader
öğrenci
Azərbaycan
Bakı
93 okur puanı
Haziran 2015 tarihinde katıldı
Çünkü hayat ' keşke ' kelimesine sponsor .
Reklam
VƏTƏN Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim. Məni xəlq eyləmiş əvvəlcə Xuda, Sonra vermiş vətənim nəşvü-nüma. Vətənim verdi mənə nanü-nəmək Vətəni məncə unutmaq nə demək?! Anadır hər kişiyə öz vətəni, Bəsləyib sinəsi üstündə onu. Südüdür ki, dolanib qanım olub, O mənim sevgili cananım olub. Saxlaram gözlərim üstə onu mən, Ölərəm əldən əgər getsə vətən. Vətənin neməti nisyan olmaz, Naxələflər ona qurban olmaz. Vətən əcdadımızın mədfənidir, Vətən övladımızın məskənidir. Vətənin sevməyən insan olmaz, Olsa da ol şəxsdə vicdan olmaz! Abbas Səhhət.
VƏTƏN Mən səndənbir yaşıl budaq istədim, Sən mənə bəxş etdin zümrüd meşələr. Mən səndən kiçik bir otaq istədim, Sən mənə bəxş etdin dilbər güşələr, Mən səndən adicə həyat istədim, Sən məni çıxartdın min-min səhərə. Mən səndən kiçik bir qanad istədim, Sən məni uçurdun ənkinliklərə. Mən səndən bir dəstə çiçək istədim, Mənim üçün dörd fəsil yaz elədin sən. Mən səndən ilhamlı ürək istədim, Sən mənə təb verdin milyon ürəkdən. Mən səndən kiçik bir sevinc istədim, Sən mənə bəxş etdin bütöv səadət. Mən səndən bir parça bürünc istədim, Sən mənə bəxş etdin xəzinə,dövlət. Mən səndən istədim açıq bir alın, Sən mənə bəxş etdin əzəmət,vüqar. Məndə başı açıq ayağı yalın Yolunda can qoysam, yenə az olar. Bəlkə,buna görə əzəmətlisən- Nəyin var vermisən əsirgəmədən! Sən bir ana kimi səxavətlisən, Anam Azərbaycan, Vətən, can Vətən
"Ya şərəfli bir ölüm, ya da dəyərli bir həyat..." Cəfər Cabbarlı " ədirnə fəthi"