- Nənəm olsa, deyərdi ki, o, bir anlıq ruhlar aləminə baş çəkib. Bizsə onu geri qaytarmışıq... Buna görə ömrü boyu bizə minnətdar olacaq, ya da əksinə, olmayacaq. Bəziləri düşünürlər ki, insanı oradan geri qayıtmağa məcbur etmək yaxşı iş deyil.
- Sən nədir, oradan qayıtmış kiminləsə danışmısan?
- Hə... Onlar belə deyirlər.
- Sən onlara inanırsan?
Ondan "hə" cavabını eşitmək istəyirəm, bunu hədsiz dərəcədə arzulayıram, amma o sadəcə çiyinlərini çəkir.
- Yaxşı, onlar oranı necə təsvir edirlər?...
...- Deyirlər ki, orada nə qayda-qanun var, nə də cəza. - Anik söyləyir. -Oranı çəkisiz və gözəl bir yer adlandırırlar.
Qəflətən məni ağlamaq tutur.
- Hamı ora gedir?
- Elə deyirlər.
- Biz də gedəcəyik? Mən də?
- Hə.
- Sevdiklərimiz də?
- Aydın məsələdir.
Mən gözlərimi yumuram, göz yaşlarım yanaqlarıma axır. Hiss edirəm ki, onun bayaqdan haqqında danışdığı ruh, yəni mənim ruhum azad olmağa can atır, ora aparan yolu axtarır. Ancaq bədənim imkan vermir, hələ tezdir.
- Deməli, o məni orada gözləyir.