Qağayı Conatan Livinqston bizə əlimizdə olanla kifayətlənməyib, içimizdən gələn kimi yaşamalı olduğumuzu, bizim qarşımıza qoyulan və xəyallarımızın önünə keçmək istəyən qayda qanunları, insanları, fikirləri qıraraq o xəyalın arxasıyca getməli olduğumuzu və özünüaxtarışları daim davam elətdirib hərgün daha da əsl sərhədsiz "səni" tapmaq üçün çalışmalı olduğumuzu bizə xatırladan güclü motivasiya qaynağı olan bir kitabdır.
Conatanı mənə doğma edən bir nüans da onun bildiklərini öyrətmə eşqi oldu. Conatan arxasında buraxdığı amma ona doğma olan yerə gedib, digərlərini də oyatmaq, onlara bildiklərini öyrətmək üçün yola düşür. Bir müddət sonra digər qağayılar da onlara qoşulur və özlərini kəşf edirlər. Conatan səmada qeybə çəkiləndən sonra digər qağayılar uçmağı öyrənmək yerinə Conatana sitayiş etməyi seçir və bununla da təəssüf ki, Conatanın öyrətmək istədiyi reallığı anlaya bilmirlər, hətta bəziləri onun varlığına belə inanmır ta ki, uçmaq həvəsində olan, lakin həyatın mənasız oldğunu düşünüb intihar etmək istəyən bir qağayı təsadüfən başqa bir Conatan ilə qarşılaşana qədər.