Məgər ölü o şəxsdir ki, uzanıb ruhu bədənindən çıxır, aparırlar, dəfn edirlər? Ölü o adamdır ki, mənim kimi camaat arasında müttəhim ola. Görəndə üzlərini divara çevirələr. Dünyada sərgərdan qalan ölü o adamdır ki, həmişə düz-düz gəzib, nə millətə nəfi var, nə camaata! Heç kəs ondan zərrəcə xeyir görmür. Diri o şəxslərdir ki, həmişə camaata nəsihət eləyirlər, düz yollar göstərirlər və bu barədə gözəl-gözəl kitablar yazırlar. Belə şəxslərə ölü demək olmaz!