Çox olur ki, insan heç bir tutarlı səbəb olmadan bərk qorxur və bu zaman öz sadə inamında şübhələr, tərəddüdlər yaranır. O həmişə belə vəziyyətdə elə güman edir ki, haqq-ədalət, sağlam düşüncə, təəccüblü olsa da, qarşı tərəfə xidmət edir. Odur ki yanında bitərəf adamlar olduqda laxlayan düşüncəsini möhkəmləndirmək, fikirlərini əsaslandırmaq üçün onlara üz tutur.

Sayfa 26 - parlaq imzalar