Nahid

210 syf.
9/10 puan verdi
·
Beğendi
·
17 günde okudu
Hər birimizdə bir "Fiqui" yer alır.
Kitab haqqında onu deyə bilərəm ki başlanğıc olaraq sanki Dostoyevski əsəri oxuyursunuz, lakin sonrasında işlər yazarın özünəməxsus axarına yönəlir və ard arda həyat "Yaşamaq" larıyla üz üzə qalırsınız, belə deyə bilərəm ki bunları dadmayan onları birə bir soyuq toxunuşlarıyla hissetməyən tam dərindən dərk edə bilməz. Həyat son olaraq itirməkdir, bir qazanmaq belə itirməyin başlanğıcıdır. Bir də itirdiklərinin acılı şirinli xatirələri qalır yara düşmüş əqlində, qəlbində, ruhunda. Kitabın "qəhrəmanı" Fiqui də bizə dərs olacaq həyat hekayəsini danışır, insan ayırd etməyə çalışır ki bu olanlar səhvlərə görə mi olur, yoxsa elə qismət dediyimiz qədərdə olanlardımı başımıza gəlir... Kitab başdan sona insançün Yaşamaq üçün tutunmanın mütləqliyini aşılayır, həqiqətən də hər birimizin Yaşamaq üçün bir səbəbi vardır, istər bu yalnış, istər doğru səbəblər olsun. Sonda onu deyim ki bizlər insanıq acıyla daim yaşaya bilmərik, dözmərik, ehtiyyacımız var o ağrıları dindirənə( lərə). Düşünərək oxu...
Yaşamak
YaşamakYu Hua · Jaguar Kitap · 201632,6bin okunma
Reklam
80 syf.
9/10 puan verdi
·
Beğendi
·
12 saatte okudu
"hamımız Qoqolun şinelindən çıxmışıq"
Bu balaca, itaətkar müşavir bir xəyalət, tragik dərinliklərdən çıxıb gələrək təsadüfən balaca bir məmurun cildinə girmiş ziyarətçidir. Proqressiv rus tənqidçiləri bu personajda məzlumların obrazını gördülər və hekayəni bütövlükdə sosial etiraz kimi qiymətləndirdilər. Amma hekayədə bundan daha artığı var. Qoqolun üsubundakı boşluqlar və deşiklər, əslində, həyatın öz materialındakı qüsurları işarə edir. Çox yalnış olan şeylər var və hamı - çox mühüm saydığı məşğuliyyətinə aludə olmuş mülayim dəli ikən, absurdcasına məntiqli bir qüvvə, onların bihudə işlərinə davam etməyinə şərait yaratmaqdadır; hekayənin gerçək "mesaj" ı budur.
Nikolay Gogol
Nikolay Gogol
Şinel
ŞinelNikolay Gogol · Parlaq · 036,7bin okunma
672 syf.
9/10 puan verdi
·
Beğendi
·
82 günde okudu
Ax Raskolnikov ax...
Bilirsiz bu kitab məndə başqa bir yazarın yazdığı əsəri xatırlatdı, sanki duyğu düşüncə eyniliyi vardı klassikalar arasında, oxuyanlar bunu xatırladı belə fikirləşirəm, bəli bu "Dirilmə"-di, Lev Tolstoyun qələmindən çıxan klassika. Hər iki kitab eyni xətt boyu hərəkət edir yəni insan taleyin və bu taleydə mənəvi yönüylə bu varlığın enişini, lap dərinlərə varmasını orada öz mənliyi, heysiyyəti, vicdanı, şüuru, qəlbilə çarpışmasını göstərir. Dahi yazarlar baş qəhrəmanlarının düşdüyü nacizanə durumlarını, bir sözlə "ölü" hallarına bir dan ulduzu göstərərək (sənin üçün) bir "dirilmə" var deyər kimi günəşi (ona) bəxş edir. Kitabın yazarı, onun duyğu düşüncələri, məqsədi, yazdığı dönəmi haqda bir çox sözlər deyilsə də mənə işin əsli yox türk qardaşlarımız demişkən "Faslı" lazım. Deməm o ki verdiyi dərs, çıxan məna, ötürülən hisslər oqədər dərin və gerçəycədi ki təsirlənməmək əldə deyildi. Sizlərə şiddətlə tövsiyyə edir və hərzaman söylədiyim kimi "ilk öncə klassiklər" deviziylə çıxış edirəm :) Xoş mütaliələr
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski · Parlaq İmzalar · 2021158,5bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
216 syf.
8/10 puan verdi
·
Beğendi
·
19 günde okudu
“Bəsdirin insanlara şirin şeylər yedirtdiniz, bu şirnilər onların mədəsini pozub: onlara acı dərmanlar, acı həqiqətlər lazımdır." Kitabı oxuyarkən reallıqda sərbəst insanın yox deyə bilmə, əks düşüncə davranışı sezilir. Həmən Peçoren ziddiyyətlərlə dolu, lakin digər yandan qəhrəmandır. Lermontovun bu əsəri insana reallığın acı dadını öz üslubunda daddırır. Kitabı oxumayanlar üçün onu deyə bilərəm ki, son dərəcə anlaşıqlı və başadüşülür dildədir. Həmçinin rus ədəbiyyatının ilk pisixoloji romanlarından biridir.
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanıMihail Yuryeviç Lermontov · Parlaq İmzalar/ · 04,410 okunma