-Mən isə ona səbəbsiz yerə nifrət eləməyimi qeyri- adi uzaqgörənlik sayırdım. Bu cür qərəzli nifrət adamın zəkasını cilalayır, hazırcavablığını artırır. Adam uzun-uzadı mənasız danışa bilər, amma kiməsə lağ eləyəndə istər-istəməz ara-sıra duzlu sözlər, ağıllı fikirlər səsləndirə bilir.
-Bəlkə də, tanışlığım olsaydı, özümü başqa cür aparardım. Amma mən özümü yad adamlara təqdim eləməyi yaxşı bacarmıram....
...- Mən, həqiqətən də, bəzilərindən fərqli olaraq, görmədiyim, tanımadığım adamlarla rahat ünsiyyətə girməyi bacarmıram, - Darsi dedi.
Bütün dərdi-sərimi, məyusluğumu oralarda qoyub gələcəm. Dağlar, qayalar olan yerdə bu centlmenlər yada düşərmi?! Ah! Hələ yol getməyin zövqünü demirəm!