Bir hədəfin varsa, dindar deyilsən. Sabahı düşünürsənsə, demək gerçək dindən yayınmısan. Dində sabah yoxdur. Ona görə İsa deyər ki, "Sabahı düşünmə. Tarladakı çiçəklərə bax, onlar indi açır." Var olan hər şey indi var. Canlı olan hər şey indi canlıdır. İndi tək və yeganə zaman, tək sonsuzluqdur.
Əgər insanları daha çox zəka sahibi olmaları üçün öyrətsəydik, həyat və sivilizasiya tamamilə fərqli olardı. Savaşlar olmazdı, çünki insanlar "Niyə? Niyə günahsız insanları öldürək?" deyə soruşardılar.