Nazrin O.

Nazrin O.
Per aspera ad astra
7/10
·720 syf.··
2025 13. kitabı
·
97 günde okudu
·
Okunma: 05 Aralık 2025 23:14
Bir çoxları Kafkanın atasına və Milena’ya yazdığı məktublardan xəbərdardır. Lakin Felice onun Milena’dan öncəki iki dəfə nişanlandığı qadındır. Məktubları oxuduqca Kafkanın münasibət ciddiləşdikcə çəkdiyi daxili iztirablarının, dəyişmə qorxusu, Felice’ə layiq ola bilməmə qorxusunun ən təbii halına şahid olmaq mümkündür. Bəlkə də onun duyğuları insan təbiətinin ziddiyyətli hallarının təcəssümüdür.
Felice'ye MektuplarFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2016819 okunma
6/10
·150 syf.··
2025 11. kitabı
·
19 saatte okudu
·
Okunma: 20 Temmuz 2025 16:05
Kitab barədə həm tənqid, həm də təqdir ediləsi məqamlar var. Yazıçı siyasətin necə işlədiyini ideallığa deyil, reallığa əsaslanaraq çatdırmağa çalışır. Yəni yeri gəldikdə əxlaqi prinsipləri rədd edərək yalan, zorakılıq və manipulyasiya kimi vasitələrdən istifadə etməyin siyasətdə daha önəmli rol oynadığını vurğulayır. Bununla yanaşı, qadınlara qarşı cinsiyyətçi fikirləri və avtoritar idarəetməni romantizə etməsi, məqsədin hər cür vasitəni haqlı çıxarması düşünürəm ki, tənqid edilməyə layiqdir. Makiavellizm yanaşmasıyla tanışlıq üçün yaxşı vasitədir.
HökmdarNiccolo Machiavelli · Qanun Nəşriyyatı · 201820,2bin okunma
10/10
·455 syf.··
Beğendi
·
2025 8. kitabı
·
5 günde okudu
·
Okunma: 11 Haziran 2025 20:24
Bu sıradan əsər deyil, itirilən gəncliklər, ümidlər, darmadağın olmuş həyatlar, müharibəni yaşamadan yaşamış kimi hiss etdirib insanı dərinliyinə çəkən və orda itməyinə səbəb olan romandır. Oxuyarkən nəfəssiz qaldım, sanki o acı taleyi yaşayan insan obrazlarına çoxdan bələd idim, onların yaşadığı çarəsizliyi, ağrıları mənimsəmişdim. Bəli, bu hadisələr - Əfqanıstanın sovet hücumlarına məruz qalması, daxildə gedən vətəndaş müharibələri vaxtilə sadəcə televiziya xəbərlərindən eşitdiyimiz, gördüyümüz qədər bizə məlum idi. Lakin əsəri oxuduqca, müharibənin bir xalqı necə məhv etdiyini, neçə ailə üzvünü bir-birindən didərgin saldığını, neçə həyatı yarım və neçə gözləri yaşlı qoyduğunu iliklərinizə qədər hiss edəcəksiniz. Obrazlar yazıçının təxəyyülünün məhsulu olsa da, onların yaşadığı həyatın gerçəkdə baş verməsi müharibə şəraitində qaçınılmaz reallıqdır. Fərqli sınaqlardan keçmiş iki qadının yolu da məhz elə bu müharibələr nəticəsində kəsişir. Onların simasında qadın gücünün bütün çətinliklərin, hətta müharibənin ağlasığmaz nəticələri qarşısında yenilmədiyini görə bilərsiniz. Əsər ən çıxılmaz anlarda belə ümidini üzməməli olduğunu öyrədir insana. Çünki nə olursa olsun, o günəş hər gün yenidən doğacaq.
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,3bin okunma