Bu gün məktəbdə oxumağı, sabah yazmağı, birisi gün saymağı öyrənəcəyəm. Mən zirək oğlanam axı, tezliklə çoxlu pul qazanacağam. Bu pula atama elə qəşəng gödəkçə alacağam ki, özü qızıl-gümüşdən, düymələri isə qiymətli daşlardan olsun. Atam, həqiqətən də, buna layiqdir. Mən məktəbə gedim, oxuyub adam olum deyə bu soyuqda öz gödəkçəsini satdı. İndi o, nazik bir köynəkdə qalıb. Qışı bu köynəkdə keçirməli olacaq. Ancaq atalar öz uşaqları üçün belə fədakarlıq eləyə bilərlər!