Nəzrin Qəribli

Nəzrin Qəribli
@nazringaribli
English language and literature
Azerbaijan
23 okur puanı
Şubat 2025 tarihinde katıldı
İlqar Kamil
Ümidlərin də böyüsü, kiçiyi, yenisi, əskisi olur, qızım; məsələn, "yaxşı olacaq" adlı ümid var ha
Edebiyat
Sevinc El Sevər
sən sevgisən, şərab içər adını unudarsan onun adını sayıqlarsan tanımadığın birinin boynuna sarılarsan ovunmaqdan ötrü
Şiir
Orxan Bahadırsoy
Qurşanır əlinin hərarətinə, saçının ətrinə dadanır adam. Elə gözəl sevirsən ki, adamı, səni sevməməyə utanır adam. Elə gözəl baxırsan ki, gözündən alov yağır, od tökülür üstümə. Mən özümü qorumuşam hamıdan, məndən məni istəmə də, istəmə! Mən, axı, özümdən ağıram, ağır... səni də incidər mənim bu yüküm. Elə gözəl sevirsən ki, bilmirəm, başıma haranın külünü töküm? Elə gözəl gülürsən ki, ömrümə səadətdən yollar çəkir gülüşün. Bir öpüşlə açılanda dodağın qismətimin zülmətinə gün düşür. Bir eybi var, qüsuru var hər şeyin, gözəlsə də, bir gün bitir sevgilər! Elə gözəl sevirsən ki, bir dənəm, sənə heyran qalır bütün sevgilər! Elə gözəl sevirsən ki...
Sizin üzərinizdə artıq mühakimə prosesi olub, bu Allahın məhkəməsiydi. Bu Allah məhkəməsi, sizin ruhunuzun hələ də diri olduğunu müəyyən edib. Mülki məhkəmə artıq sizi mühakimə edib nəyəsə nail ola bilməz. İsa Məsihin günah işləyənə dediyi sözü unutmayın: Get və bir də günah işləmə.
Alıntı
Cəlil Cavanşir;
məni hərdən xatırla, yada sal, adımı çək. bilirəm, məni əcəlim deyil sənsizlik öldürəcək...
Şiir