Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nazrin Javad

Nazrin Javad
@nezrinjavad
ADA University
Baku
Derbent, 2001
30 okur puanı
Ağustos 2020 tarihinde katıldı
Özü ilə yadlığı aradan qaldıran və bu prosesdən keçən fərd dünya ilə yadlığını da azaltmış olur. Daxilindəki kainatla ünsiyyətə açılmış insan xaricindəki kainatla ünsiyyətə açılmış olur.
Reklam
Oyaq olduğunu düşünən orta adam əslində yarıyuxuludur. "Yarıxulu" anlayışı altında adamın gerçəkliklə təmasının seçici olduğunu nəzərdə tuturam: onun gerçəklik (xarici/daxili) hesab elədiyi şeylərin çox hissəsi fiksiya və əqli konstruksiyalardan başqa bir şey deyil. O, gerçəkliyi ona sosial funksiyalarını yerinə yetirməyə yetəcək həddə, başqa insanları isə kooperasiyaya ehtiyac olduğu halda dərk edir. O, maddi və ictimai gerçəkliyin fərqinə yalnız ona reaksiya vermək və onunla manipulyasiya etmək üçün varır. O, gerçəkliyin fərqinə yalnız sağ qalmaq üçün tələb olunan səviyyədə varır.
Sayfa 151Kitabı okudu
Şərqin sükutu onun lallığı, sözsüzlüyü və nitqsizliyi demək deyil. Bir çox hallarda sükut daha bəlağətlidir, daha çox söz deyir.

Okur Takip Önerileri

Tümünü Gör
...Even if we think we know something, we shouldn't be afraid of doubting our opinions and checking ourselves again. Many people are afraid of the unknown, and want clear-cut answers for every question. Fear of the unknown can paralyse us more than any tyrant. People throughout history worried that unless we put all our faith in some set of absolute answers, human society will crumble. In fact, modern history has demonstrated that a society of courageous people willing to admit ignorance abd raise difficult questions is usually not just more prosperous but also more peaceful than societies in which everyone must unquestioningly accept a single answer. People afraid of losing their truth tend to be more violent than people who are used to looking at the world from several different viewpoints. Questions you cannot answer are usually far better for you than answers you cannot question.
Sayfa 242Kitabı okudu
Axı o şeyi ki, mən bilirəm, hər kəs bilə bilər, amma belə bir qəlb yalnız məndədir.
Reklam
Nə üçün insanın xoşbəxtliyini təşkil edən bir şey, həm də onun iztirablarının mənbəyi olmalıdır?
Bir halda ki, adam həm özünün, həm də özünə yaxın olan şəxslərin qanını qaraldır, ona qəbahət adı vermək layiq deyilmi? Biz onsuz da bir-birimizi xoşbəxt etməyə qadir deyilik. Hələ bu bəs deyilmiş kimi, hər kəsin qismətinə az da olsa düşən cüzi fərəhi də bir-birimizə haram etməliymişik?
Pis əhval-ruhiyyə tənbəlliyin tayıdır, o, bəlkə də, tənbəlliyin müxtəlif növlərindən biridir. Yaranışdan hamımızda tənbəllik vardır, buna baxmayaraq, bizdə tənbəlliyi dəf etməyə kifayət qədər güc varsa, onda iş yoluna düşür.
Əslində isə
...O şəxs xoşbəxtdir ki, özünün bütün acizliyinə baxmayaraq, qəlbində şirin azadlıq hissi yaşayır və o dərk edir ki, nə zaman istəsə, bu həbsxanadan qurtula bilər.
Reklam
Məncə, fikirsiz yaşayanlar xoşbəxtdirlər, onlar öz kuklası ilə əylənən, onu geyindirib-soyunduran və anasının pirojna qoyub bağladığı şkafın ətrafında gəzinən, əli şirniyə çatanda isə onu ağzına basaraq: «Yenə!» deyə bağıran uşaqlar kimidirlər. Xoşbəxt məxluqdurlar! Bir də o adamlar xoşbəxtdirlər ki, özlərinin heç bir əhəmiyyəti olmayan məşğələlərinə, hətta öz xırda ehtiraslarına təmtəraqlı adlar verib, bunları bəşər övladına, onun xeyri və tərəqqisi naminə böyük bir qəhrəmanlıq kimi təqdim edirlər.
Vilhelm, mən insanın yaradıcı və idrak qabiliyyətinin necə dar çərçivəyə salındığını müşahidə etdikcə, onun hər hansı fəaliyyətinin, nəticə etibarilə, yalnız bir məqsədə – bizim bu zavallı ömrümüzü uzatmaq üçün zəruri olan tələbatın təmin edilməsinə xidmət edən bir vasitə olduğunu gördükcə nitqim tutulur.
...Elə bil ki, təbiət bizim, ən böyük kədərə düçar olduqda belə, əzəli və əbədi borcumuzun yaşamaq olduğu haqqındakı qanununu mənim şəxsimdə yerinə yetirməyə başlayırdı və mən müqavimətsiz olaraq özümü onun hökmünə verirdim.
Nə üçün bizim taleyimizdə səadət bəzən bir meteor kimi parlayıb qeyb olur...
Bu geniş çöllər, bu nəhayətsiz sükut, bu munis aydınlıq Yer üzündə əvvəl də var idi, indi də var... Biz insanlar dünyaya nə üçün gəldik? Təbiətin bu əbədi ahənginə nə əlavə etdik? İndi mənim çəkdiyim bu əziyyət, bu iztirab nə üçündür? Əgər, mən olmasaydım, bu gözəl gecə nə itirərdi?
58 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.