Öz cənazənizdə iştirak etdiyinizi gözünüzün qabağına gətirmək sizə hələ vaxt var ikən ötüb-keçən həyatınıza baxıb, vacib dəyişikliklər etmək imkanı verəcəkdir. Bir az ürküdücü və kədərli olsa da, yaşadığınız müddət ərzində ölümünüzü düşünmək yararlıdır. Bunu etmək sizə necə insan olmaq istədiyinizi və sizin üçün əslində nəyin önəmli olduğunu xatırladır.