1000Kitap Logosu
Nurlan
TAKİP ET
Nurlan
@nurlanisazhade
“Quiet people have the loudest minds.” Stephen W. Hawking
Geography Teacher
SSU
Sumgait
Baku, 6 Mayıs 2002
536 okur puanı
15 Ağu 2020 tarihinde katıldı.
68
Kitap
58
İnceleme
949
Alıntı
56
İleti
Tanıdığın kimse takip etmiyor
Ortak okuduğunuz kitap bulunmuyor
408 syf.
·
11 günde
·
8/10 puan
Bu kitabı təqribən 1 il öncə çox diqqətimi cəlb etdiyi üçün satın almışdım və nəhayət, oxudum. Normal olaraq, adı insana maraqlı gəlir. Məncə də, maraqlıdır və kitabın özü də maraqlı idi. Kitabda Milo adında çox yaşlı, təqribən 10 min dəfə yaşamış bir adamdan bəhs edilir... Belə ki, insan dünyaya gəlir, yaşayır, ölür, yaşayır, ölür.... Və bir gün - bu neçənci həyatı yaşamağından asılı deyil, qüsursuz bir həyatı yaşadığından asılıdır - qüsursuzluğa çatır. Və yaşamış ruhların böyük çoxunluğu daha tez bir zamanda qüsursuzluğu əldə edə bilir, ya da əldə etmədən əbədi qaranlığa daxil olaraq, heçliyə daxil olur. Yəni insanlar, ya da ruhlar deyək, bu ruhların qüsursuzluğa və ya heçliyə çatmaları üçün 10 min yaşam haqqı var. Milo isə "Yaşam Sonrası"nda (öldükdən sonra oyandığı və hər şeyi xatırladığı yer) ən yaşlı ruhdur, çünki 10 min həyat yaşamağına sadəcə 5-6 həyat qalıb, yəni ya qüsursuzluğu, ya da heçliyi əldə edəcək. Eyni zamanda, Ölüm'ü, yəni Suzie'ni də unutmamalı. İnsanlar öldüyü zaman onları alnından öpən və "Yaşam Sonrası"nda qarşılayanlar Ölüm'dür. Suzie də hər öldüyündə Milo'nu qarşılayan ölümdür. İlk 100 həyatında dost olub, bundan sonra isə sevgili olurlar. Bir Ruh və bir Ölüm.. qəribə səslənir djgjfhd Spoiler: Kitabda da Milo'nun daha öncə yaşadığı həyatlar və yaşayacağı son 5-6 həyat barədə danışılır. Gah keçmişdə, gah gələcəkdə, müxtəlif qalaktikalarda həyat yaşamış... Son həyatlarında isə qüsursuz bir həyatı yaşamağa çalışmışdır. Hətta sondan əvvəlki həyatında Buda'nı öldürmüş, bu onun üçün yaxşı bir şey olsa da, - çünki Buda daha çox yaşasaydı, şöhrəti azalacaqdı - Yaşam Sonrası'nda çox pis qarşılandı. Son 1 yaşam şansı qalır və bu zaman qüsursuzluğu Suzie ilə birlikdə (burasını isə kitabı oxudanız, anlayarsınız) əldə edərək "Günəş Qapısı"ndan keçərək, "Üst Ruh"la bütünləşirlər. Fərqli bir kitabdır, oxumağınızı tövsiyə edirəm.
Reenkarnasyon Blues
Okuyacaklarıma Ekle
16