Nurlana Nəsib

Nurlana Nəsib
@nurllanam
Sevdik amma Qovuşmadıq kitabın müəllifi..
1 okur puanı
Mayıs 2026 tarihinde katıldı
— Biz qovuşmağa cəsarət etmirik... ayrılmağa da ürəyimiz gəlmir. — Bəlkə də, sən haqlısan... — Mən səni buraxmaq istəmirəm. — Mən də... — Onda elə bu cür də davam edək? — Necə yəni? — Nə qovuşaq, nə də ayrılaq. Sadəcə ola bildikcə bir-birimizin yanında qalaq.
Sayfa 63
Reklam
— “Salam, Nuray.” — Salam, köhnə dost... necəsən? Tanıdın məni? — Yaxşıyam. Sən necəsən? Tanıdım, səni unutmaq olar heç? Onun içində yatan illik həsrət birdən-birə oyandı, ürəyindəki köhnə qapı açıldı, qarşısına yenə Amir çıxdı... Beləcə, 7 ildən sonra taleyin susmuş səsi yenidən danışmağa başladı.
Sayfa 35
Amir və Nuray kimi get-gedə yaxınlaşmaq və sonra uzaq düşmək istəmirsinizsə, möhkəm olun, sevdiyiniz üçün çalışın və onları buraxmayın." "Sevgi ilə... və cəsur olun."
Sayfa 106
Amir çox sakit yazırdı. Artıq o 18 yaşlı uşaq deyildi. Yetkin yaşın ağırlığı vardı sözlərində. Nuray isə 20 yaşında evlənib, sonra ayrılmış bir qadın olsa da, indi Amirin yanında həmin 16 yaşlı ürkək qız olurdu.
Sayfa 37
Amirdən gələn o mesaj... Nurayın içində 7 ildir ölmüş bir hissi yenidən diriltdi. Elə bil kül altında qalan köz idi — bircə nəfəs yetərdi ki, yenidən alovlansın, o da Amirdən gəlmişdi. Telefonun ekranında o qısa cümlə Nurayın gözlərini yaşartdı: “Səni unutmaq olar heç?” Bu sadə cümlə illərin həsrətini özündə daşıyırdı. Nuray bir neçə dəqiqə cavab yaza bilmədi, içi titrədi... Amirin səsini, yazı stilini, hətta o zarafatyana sözlərini belə unutmamışdı.
Reklam