Nüsrət Kəsəmənli " Mən səni unuda bilmirəm axı ".
NÜSRƏT KƏSƏMƏNLİ - MƏN SƏNİ UNUDA BİLMİRƏM AXI... Mən səni unuda bilmirəm, axı, Unutsam nələri unudam gərək. Göylərə baxmışıq aylı gecədə, Unutsam göyləri unudam gərək! Dənizi unudum, ya dalğaları? Xatirən yadımdan çıxaydı barı, Payızda xəzanı, qışdasa qarı, Baharda gülləri unudam gərək! De, necə unudum mən səni, necə? Sevgi durna deyil payızda köçə, Yuxuma gəlirsən mənim hər gecə, Ayları, illəri unudam gərək! Sənin xəyalındır həsrətlə baxan, Adındır hər saat qarşıma çıxan, Qarışıb şəklinə gözümdən axan, Yağışı, selləri unudam gərək! Sinəmdə peşiman ürəyim qaldı, Uçdun əllərimdə lələyin qaldı, Nələri itirib, bax nəyim qaldı, Nələri, nələri unudam gərək!
Nələri nələri unudam gərək...
Mən səni unuda bilmirəm, axı Unutsam nələri unudam gərək Göylərə baxmışıq aylı gecədə Unutsam göyləri unudam gərək! Dənizi unudum, ya dalğaları? Xatirən yadımdan çıxaydı barı Payızda xəzanı, qışdasa qarı Baharda gülləri unudam gərək! -Nüsrət Kəsəmənli-
Reklam
256 syf.
9/10 puan verdi
·
17 günde okudu
Bizim evdə biri vardı, biri yox..
"Şeirsiz olmaz!" deyib oxuduğum hər kitab siyahısına bir şeir kitabı əlavə etməyi adət halına gətirmişəm artıq. Bir xeyli Türk ədəbiyyatından oxuduqdan sonra yenidən Azərbaycan ədəbiyyatına qayıtmağı qərara aldım.
Nüsret Kesemenli
Nüsret Kesemenli
hələ uşaq yaşlarımdan qələminə heyran qaldığım şairlərdəndir. Şeirlərinin əksəriyyətinə musiqilər bəstələnmiş və dilimizdə zümzümə halındadır. Bu da onun qələminin axıcı bir dili olduğuna dəlalət edir. Kitabı oxuyarkən alıntılarımın bəzisinin yorumuna musiqi linklərini də əlavə etmişəm. Keyiflə dinləyin:) İstər sevgidən, istər Vətənə olan məhəbbətindən, istərsə də ailəsi və övladlarından bəhs edən şeirlərində şairin qələminin ustalığına şahid oluruq. Böyük zövqlə oxudum və şeirsevərlərə də oxumağı məsləhət bilirəm.. Nüsrət Kəsəmənli haqqında çox şey yazmaq olar ancaq, onları internetdən də oxumaq olar. Mən sadəcə kitab haqqında fikirlərimi yazmaq istədim. "Oğru olmaq istəyirəm" şeirində şair qayğısız, kədərsiz, ədalətli bir dünyaya işarə edir. "Biri vardı, Biri yox" şeirində; 'Atalıydı analıydı uşaqlar, Bizim evdə biri vardı, biri yox" deyərkən, ürəyim bir cızz etdi. Bu şeiri hər dinləyəndə, oxuyanda kövrəlirəm. Daha çox yazaraq vaxtınızı almaq istəmirəm. Oxuyun, feyz alın...
Seçilmiş Eserleri
Seçilmiş EserleriNüsret Kesemenli · Şərq-Qərb · 2004111 okunma
Məndən başqa
Üzü bəri baxan dağlar, Nəyin qaldı çəndən başqa? Bir sevgi var ürəyimdə Bilən yoxdu məndən başqa. Məhəbbətin yurd yerində, Bir həsrət var lap dərində, Bu sevginin əllərində Nə qaldı ki, qəmdən başqa? Bir demişəm, yenə deyim, El sözünü elə deyim, Qoy dərdimi sənə deyim Kimim var ki, səndən başqa? Yana-yana söndü odum, Dildən dilə düşdü adım, Yox, sən məni tanımadın, Zilim də var, bəmdən başqa. Bir uğurlu çağ görmədim, Dağım kimi dağ görmədim, Qara gördüm, ağ görmədim Saçımdakı dəndən başqa. ~ Nüsrət Kəsəmənli
Mən səni unuda bilmirəm axı...
Mən səni unuda bilmirəm, axı Unutsam nələri unudam gərək Göylərə baxmışıq aylı gecədə Unutsam göyləri unudam gərək! Dənizi unudum, ya dalğaları? Xatirən yadımdan çıxaydı barı Payızda xəzanı, qışdasa qarı Baharda gülləri unudam gərək! De, necə unudum mən səni, necə? Sevgi durna deyil payızda köçə Yuxuma gəlirsən mənim hər gecə Ayları, illəri unudam gərək! Sənin xəyalındır həsrətlə baxan Adındır hər saat qarşıma çıxan Qarışıb şəklinə gözümdən axan Yağışı, selləri unudam gərək! Sinəmdə peşiman ürəyim qaldı Uçdun əllərimdə lələyin qaldı Nələri itirib, bax nəyim qaldı Nələri, nələri unudam gərək! ~Nüsrət Kəsəmənli.
Mən səni unuda bilmirəm, axı, Unutsam, nələri unudam gərək, Göylərə baxmışıq aylı gecədə, Unutsam göyləri unudam gərək. Nüsrət Kəsəmənli ❤️
Reklam
Məndə günah arama, Özün küsdürdün məni. Ürəyimə toxunan , Sözün küsdürdü məni . Soruşma hicran nədən? Qəm qəlbimi didəndən . Hamıya gülümsəyən Gözün küsdürdü məni. Hərdən süzülüb axan , Məni yalnız buraxan, Dönüb yadlara baxan Gözün küsdürdü məni Hər kəsə gülüm deyən, Ocağım, külüm deyən, Hamıya gülümsəyən Gözün küsdürdü məni. Nüsrət Kəsəmənli
Nüsrət Kəsəmənli şeirləri bir başqadırr
Oxunub qurtarmış kitab deyiləm, Götürüb qoyasan kitab rəfinə. Arabir təkrarçün yadına düşəm Açıb oxuyasan başqa birinə. Səninçün deyiləm bayram paltarı, Şənlikdən - şənliyə yadına düşəm Gözləyə bilmərəm bu bayramları, Durub gözləməyi öyrənməmişəm. Saxlaya bilməzsən ehtiyat kimi Məni həmişəlik ehtiyatda sən. Heç kim verə bilməz mənim yerimi, Çətin başqasını əvəz edəm mən
Olan olub, keçən keçib bəlkə də, İndi daha kövrəlməyin yeri yox. Ömrüm boyu belə gəlib mənimki Əvvəlindən biri vardı, biri yox. Uzaqdaydı mən istəyən ocaqlar, Ürəyimdən gəlib keçdi sazaqlar. Atalıydı, analıydı uşaqlar, Bizim evdə biri vardı, biri yox. Qəlbim yandı ilk sevgimdən, eşqimdən, Dara düşdüm, əl ummadım heç kimdən Məclislərdə can deyib can eşidən Dostlarımdan biri vardı, biri yox. Vaxt gələcək bu günü görəcəksən, Çox suala gözünü döyəcəksən. Vaxt gələcək sən özün deyəcəksən, Deyəcəksən: "biri vardı, biri yox!" Nüsrət Kəsəmənli
Özünlə aparmısan, Günlərimin rəngini. Kədər mənə bənzəyir, Qəm kövrəlir sən kimi. İndi başa düşmüşəm, Sənsiz hər şeyim hədər; Səndən sonra heç kəsi, Sevmədim sənin qədər.
Reklam
Nə biləydik...
Nə biləydik bu sevginin sonu yox, Nə biləydik dünya belə dönəcək Nə biləydik sevgi adlı bu qonaq Üzümüzə baxa-baxa öləcək…
Nüsret Kesemenli
Nüsret Kesemenli
Nüsrət Kəsəmənli
Nüsrət Kəsəmənli
-Elə baxma qadan alım, Hər baxanda könlüm olur dilim-dilim. +Necə baxım? -Elə bax ki,mən də sənə baxa bilim. +Bu mənim öz baxışımdır. Hardan alım təzə baxış? -Düzü məndə can qalmamış +Onda baxma! -Necə? Məgər bu mümkünmü? Gülüm,məndən nə tez bezdin? Əgər sənə baxmasaydım, Sən də belə görünməzdin.
Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli:
Sevda şairin həyatında onun məhǝbbətini qazanmış bir insan olub, əgər sevgiləri baş tutmayıbsa, buna görə onları qınamaq düzgün deyil. Bir-birlərini hədsiz çox istəyiblər. Qızın da hisslərinin sonradan şahidi oldum. Sevdanı görmüşdüm. Şəkil məsələsinə gəldikdə isə, tutaq ki, o şəklin evə gəlməsinə narazılıq elədim, cırıb atdım, Nüsrətin ürəyindəki hissləri necə qoparacaqdım?
Mən anamın sifətinə Vaxtsız düşmüş qırışları Oğurlamaq istəyirəm!… Nüsrət Kəsəmənli
QAYIT ********** NÜSRƏT KƏSƏMƏNLİ Sən getdin ömrümdən ilk bahar kimi, Çiçəklər çəmənə çıxanda qayıt! Həsrətin leysanı tükənməz daha, Buludlar gözünü sıxanda qayıt.
120 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.