240 syf.
9/10 puan verdi
·
Liked
Hər kəsə salam! sevdiyim yazarlardan biri olan D.Macomber’dən daha bir sevdiyim kitab . sonda “ yıldızlı gece “ adlı kitabından bir başlıq verib yazıçı. Yəni bölümü bəyənsəniz bu kitabı da oxuyun deyər kimi. Harry adlı mələk Addie’ə kömək olmaq üçün yer üzünə göndərilir və Addie’nin oxuduğu sinifdə müəllim olur. Addie həyatından uğursuzluqlar və xüsusilə atasının ölümündən sonra mənəvi böhran içindədir . Harry’ə Celeste adlı yardım etməsi üçün göndərilən insan cildində mələk , həmçinin insan cildində olmayan mələklər var. Onun əsas işi ilk öncə Addie ilə uşaqlıq sevgisi Erich’in yollarını birləşdirməkdir. Addie və Erich heç cürə yola getmirlər , bu da təcrübəsiz mələk Harry’nin işini həm çətinləşdirir , həm də kitaba ayrı bir maraq qatır. Harry mələk olsa da , insan bədəni ona insani duyğular ( sevgi , qəzəb və xüsusilə maraq ) qazandırıb . Düzdü indiki dövr də insani duyğuların olmadığı insan görünümlü varlıqlar da var , nəysə. çox axıcı kitabdır və sevərək , maraqla oxudum. Debbie bu nəticə də , sevməmək olmur ‍️
Bay Mucize
Bay MucizeDebbie Macomber · Epsilon Yayınları · 2017493 okunma
Bir zamanlar ürəyinin ən dərinini, ağlının ən künc nöqtələrini məşğul edən o doğma duyğular indi necə də yad, necə də anlamsız gəlir. Zaman sağaltmır yaranı. Sadəcə soyudur insanı. Hər şeydən soyudur. İnsanlardan, sevgidən, həyatdan soyudur. Əşyaları simvollaşdırmağı buraxırsan bir müddət sonra, nəsə keçmişi xatırlatsın istəmirsən, ya da gələcəyi xəyal etdirsin istəmirsən. Bu günün dadına varmaq istəyirsən. Bəzi şeylər üçün çox gec olduğunu anlamaqla bərabər, bir çox şey üçün də hələ vaxtın olduğunu görürsən. Yenidən həvəslənirsən nəyəsə. Bir çox həvəsin həzin sonundan xəbərdar ola-ola gələcəyə ümid etməkdən saxlaya bilmirsən özünü. Çünki insansan. Və uğruna öləcək qədər çox sevirsən yaşamağı... ~by İlahə Abasova
Reklam
232 syf.
·
Not rated
·
Read in 4 days
"Tatar çölü", yoxsa bir "gözləmə" romanı? ----------------------------------------------------- Fransız qəzeti "Le Mond"da "XX əsrin 100 kitabı" siyahısına düşmüş "Tatar çölü" (orijinal adı - Il deserto dei Tartari) romanı Dino Bussatinin əhəmiyyətli əsərlərindəndir. Yazıçının 1940-cı ildə nəşr
Tatar Çölü
Tatar ÇölüDino Buzzati · İletişim Yayınevi · 201813.3k okunma
235 syf.
·
Not rated
·
Liked
Bu azadlıq idi. Başqalarının nə deməsindən asılı olmayaraq sənin ürəyinin nəyəsə can atmasını hiss etmək .. Allah nifrət haqqında unutmağı xahiş edən şəxlərin duasını eşidir , amma o , məhəbbətdən qaçmaq istəyənlər üçün kardır ..
Beşinci Dağ
Beşinci DağPaulo Coelho · Can Yayınları · 20062,055 okunma
456 syf.
2/10 puan verdi
Bu gün isə Jojo Moyesin "Səndən sonra mən" romanını oxudum. Eger "Senden öncə mən" romanını oxumusunuzsa, filmini izləmisinizsə o zaman sizə "Səndən sonra mən" romanını oxumağı bir o qədər də məsləhət bilməzdim. Çünki "Səndən öncə mən" romanında William Tarynor ilə tanış olub ona aşiq olan Louisa onu fiziki əngəlli olmasına baxmayaraq sevir. Böyük sevgi hekayəsi yaşayan aşiqlərin tək problemi Williamın intihar etmək arzusu olur. Başından aşağı bütün bədəni iflic olan oğlan qətiyyətlə intihar etmək istəyir. Onu bu fikirdən daşındıra bilməyən Louisa romanın sonunda Williamın ölmək arzusunda ona kömək edir. Hərkəsi göz yaşlarına boğan bu səhnədən sonra düzü mənə maraqlı gəlirdi ki, Louisa William öldükdən sonra necə bir həyat yaşayır. Buna görə də "Səndən sonra mən" romanını yenidən oxumağa başladım. Və eynilə gözlədiyim kimi Louisa Williamın ölümündən sonra psixoloji cəhətdən çox əziyyət çəkir. Evvəllər şən, həyat dolu olan Louisa artıq demək olar ki, gülmür, əylənmir və yaşamırdı. Amma bir qədər sonra o, yenidən başqa birisinə aşiq olur və başqa birisini sevir. Williamın ölümündən sonra Louisanın başqa birisinə aşiq olması mənim xoşuma gəlmir. Bununla razılaşa bilmirəm. Buna görə də kitabı yarıda saxladım. Çünki əsəblərimin buna tab gətirəcəyinə inanmırdım. Sevdiyi adamla olan məhəbbətini necə unuda bilərdi axı? Nəysə uzun sözün qısası mən "Səndən öncə mən" romanını xatırlayıb hekayələrinin belə bitdiyini zənn edəcəm. Çünki başqa cür alınmır.
Senden Sonra Ben
Senden Sonra BenJojo Moyes · Pegasus · 20166.9k okunma
945 öğeden 931 ile 940 arasındakiler gösteriliyor.