Günel

Günel
@oceanicfeeling
Diş Hekimi
Ganja, Azerbaijan
29 Temmuz 2003
70 okur puanı
Şubat 2024 tarihinde katıldı
9/10
·104 syf.··
2026 8. kitabı
·
17 saatte okudu
·
Okunma: 06 Mart 2026 19:57
Oscar Wilde oxumağın bu qədər əyləncəli olduğunu unutmuşdum. Toplumsal problemləri yumor və incə istehza ilə anlatması mənə çox ləzzət etdi, nə də olsa bunun tez-tez edildiyi bir coğrafiyanın sakiniyəm )) Əsərin ən güclü tərəfi isə dialoqlardır. Personajlar arasında keçən söz duel­ləri çox ağıllı və iti yazılıb. Bəzən birinin dediyi cümlə o qədər yerində olur ki, oxuyarkən içimdən “uuuu” deyirəm. Ardınca digərinin verdiyi cavab isə eyni dərəcədə təsirli olur. Məhz bu hazırcavab dialoqlar əsəri daha canlı və yaddaqalan edir.
Önemsiz Bir KadınOscar Wilde · Türkiye İş Bankası Kültür Yayınları · 20246,7bin okunma
Reklam
7/10
·264 syf.··
2026 6. kitabı
·
16 günde okudu
·
Okunma: 04 Mart 2026 07:02
Hansısa yazarla tanış olmaq şansım olsaydı, ağlıma ilk gələnlərdən biri Douglas Addams olardı. Baxış açısı, yaradıcılığı və mizacı məni çox əyləndirir. Mənim mizah anlayışım bu kitablardadır. İlk kitabı daha çox sevmişdim, amma bu da gözəl idi.
Evrenin Sonundaki RestoranDouglas Adams · Alfa Yayıncılık · 20172,871 okunma
8/10
·432 syf.··
2026 5. kitabı
·
5 günde okudu
·
Okunma: 28 Şubat 2026 05:48
Chris Carter’ın Korku Avcısı adlı kitabına başlayarkən gözləntim sadəcə axıcı, çərəzlik bir cinayət romanı idi. Detektiv- cinayet janrı məni adətən çox təsirləndirmir; ona görə də kitabın məndə duyğusal dəyişiklik yaradacağını düşünməmişdim. Amma elə olmadı. Roman irəlilədikcə gərginlik tədricən artır və xüsusilə sonlara doğru bunu istəməyəcəyim dərəcədə hiss etdim. Gecə vaxtı oxumaq heç də yaxşı fikir deyilmiş; çünki hekayə yalnız maraq hissini deyil, insanın içini sıxan, narahat edən bir qorxunu da oyadır. Oxuyarkən mən də qorxumla öldürülsəm necə olacağını düşündüm və bunu heç kimlə paylaşmamağa qərar verdim )) Qatillə bağlı əsas ipuclarının tapıldığı anlar məni saçma dərəcədə təsirləndirdi, gözlərimdən yaşlar axdı. Mənə görə ən gərgin və təsirli hissə Mollie hadisəsi idi. Bu nöqtədə hekayə vəhşətdən çox, müdafiəsizlik hissinə fokuslanır və oxucunu birbaşa hadisələrin içinə çəkir.
Korku AvcısıChris Carter · Pegasus Yayınları · 2019451 okunma
7/10
·248 syf.··
2026 4. kitabı
·
17 günde okudu
·
Okunma: 08 Şubat 2026 02:29
Qədim Yunan mənim üçün xüsusilə fəlsəfəsi baxımından böyük maraq doğurur. Hərçənd düşüncə tarixində daha müasir dövrlərə keçmiş olsam da, Antik Yunan’dan bir cür qopa bilmirəm; çünki məncə sadə olan çox vaxt daha saf və daha güclüdür. Bu kitabı oxuma səbəbim də məhz bu idi: Antik Yunanı Antik Yunan edən geniş bir zehni və mədəni dünya ilə tanış olmaq. Bonnard da mənim marağımı xronoloji və əhatəli bir yanaşma ilə cavablandırdı; Xronoloji düşünməyi sevən biri olaraq bu kitab mənə bu baxımdan çox kömək etdi. Hər nə qədər müəllifin dili yer-yer həddindən artıq dolaşıq və uzadılmış təsir bağışlasa da, xüsusilə Homeros və şairlərlə bağlı bölümlərdə bir qədər artıq “spoiler” verdiyini düşünsəm də, kitab mənə yeni adlar, şəhərlər və düşüncə əlaqələri qazandırdı. Bu ilk cild Qədim Yunanı anlamaq üçün möhkəm bir zəmin yaratdı; buna görə də seriyanın davam cildlərini də mütləq oxuyacağam.
Antik Yunan Uygarlığı 1Andre Bonnard · Evrensel Basım Yayım · 200456 okunma
10/10
·1552 syf.··
Beğendi
·
2026 2. kitabı
·
33 günde okudu
·
Okunma: 29 Ocak 2026 09:22
Kitabda məni ilk cəlb edən şey Monte Cristo obrazının özü oldu - çox güman əksəriyyətdə olduğu kimi. Onun dünyagörüşü, müxtəlif dilləri, mədəniyyətləri və insanları mənimsəməsi məndə heyranlıq yaratdı, "fangirl" damarım qabardı. Monte Cristo təkcə güclü yox, düşünülmüş, səbrli və mədəni bir fiqurdur; bu da onu adi bir intiqam qəhrəmanından fərqləndirir. Roman boyunca hiss etdiyim əsas duyğu, onun qurduğu bu dünyaya və özünü yenidən yaratma biçiminə duyulan təsirlənmə idi. Elə ki, artıq Edmond Dantes və Monte Kristo Kontu obrazlarını eyni şəxs kimi görə bilmirəm. Aradakı iyirmi il Edmondu sadəcə dəyişməyib, onu tamamilə başqa bir varlığa çevirib. Monte Cristo, Edmondun davamı yox, onun yerinə keçmiş, bilik və məsafə ilə formalaşmış yeni bir kimlikdir. İntiqam məsələsi bu nöqtədən sonra gəlir. Edmondun aldığı intiqam yalnız günahkarlarla məhdudlaşmır; bir çox insan bu prosesdən təsirlənir. Bu, əxlaqi baxımdan mübahisəli olsa da, roman oxuru bundan tam uzaqlaşdırmır. Dumas oxuru düşünməkdən əvvəl hiss etməyə yönəldir və bu intiqam çox vaxt narahatlıqdan çox, məmnunluq yaradır. Romanın yan obrazları bu hekayəni dərinləşdirir. Adı sadəcə bir abzasda keçən personajlar belə açar rol oynayır və hekayəni tək bir xətt üzərində getməkdən xilas edir. Bu kitabdan sonra uzun bir müddət oxuduğum romanlardan təsirlənə bilməyəcəm.
Monte Cristo Kontu (2 Cilt Takım)Alexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 202537bin okunma
Reklam