Ömər

Ömər
Hüquq
BDU
Bakı
13 okur puanı
Kasım 2021 tarihinde katıldı
Nə deyim?
Çırpınır quş kimi hər zülfünü gördükcə könül, Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim? Gözlərin həsrətini çəkməyən aşiq yoxdur, Sənə mən afəti-dünya deməyim, bəs nə deyim? Bu şirinlik, bu lətafət ki sənin var, gözəlim, Sənə güldən də mən əla deməyim, bəs nə deyim? Eşqdən bir bu qədər söyləmək olmaz, Vahid, Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim?
Reklam
Məni atdın, gözəlim, özgələrə yar oldun, Neyləmişdim, mənə yar olmadın əğyar oldun? Bivəfa olmayasan, sən mənə söz vermiş idin, Niyə biganəyə axırda vəfadar oldun? Mən ki hər möhnətə qatlaşmışam eşqində sənin, Nə səbəbdən mənə sən bir gül ikən xar oldun? Hanı ol əhdə vəfa eylədiyin günlərimiz, Niyə əğyar kəməndinə giriftar oldun? Min cəfa eyləyəsən, mən yenə eşqimdə varam, Mənə, hərçənd, əzəldən də cəfakar oldun. Heyf, o zəhmətlərə, mən çəkmişəm eşqində sənin, Fikr edirdim mənə sən, bəlkə də, qəmxar oldun.

Ömər

, bir kitap okudu
10/10
·312 syf.·
2024 6. kitabı
Əliağa Vahid
9.3/10 · 11 okunma
Aşk güzel şeydi ve bunun bir insanı bulmasını görmek insanı mutlu edebiliyordu.