Öncə bütün insani hisslərin savaşı və nifrətin ümdə qələbəsi...
"Birdən mən də öz nifrətimin içində ölümsüz olaram" deyə dəhşətə gəldim. "Yoxsa bu nifrət bütün ruhuma hopub, ruhum olub?" Bu cür nifrətin bir bədəndə başqa nə işi ola bilərdi? Başqalarında neştərlə tapa bilmədiyim şeyi özümdə tapdım. Çürümüş bir orqanizm belə dirilərə mənim kimi nifrət edə bilməzdi.