21-ci əsr sosial medianın zəhərlənməsi ilə tamam başqa bir çağa keçib. Biz "inkişaf edirik". Texnologiyanın sürəti isə bizi ötüb keçir. Sosial şəbəkələr xüsusilə karantin dövründə həyatımızın mərkəzini işğal etmiş vəziyyətdədir biz istəsək də, istəməsək də. Hər kəs "ən xoşbəxt mənəm" pozları verir. Ok. Buna kənardan izləyici olanlar isə sanki öz iç dünyasında "ən pis həyat mənimdir"i isbat etməyə çalışırlar. Amma həmin insanlar da qəribə şəkildə o maskanı taxmaqdan nəinki imtina edir, qeyri-adi şəkildə zövq alırlar: "Qonşudan qalma geri" misalı. Baxxx, əsərdəki Pollyanna da bir növ tam bənzər olmasa da, belə bir qızdır. Ok, optimist və ya pessimist ola bilərsən. Amma daha başına faciəvi bir şey gələndə də oturub onun acısını çəkmək əvəzinə üstünü ört-basdır edib heç nə yoxmuş kimi davranmaq riyakarlıq və Pollyannaçılıqdan savayı heç nə deyil. Acı çəkmək və onu bildirmək ayıb deyil axı :)