Əsl yüksək səviyyəli insanda hakimiyyətə
coşqun həvəs olmur. Hakimiyyətə həvəs mənəvi
yoxsulluqdan yaranır; pula ehtiras daxili kasıblıqdan əmələ gəlir.
Mən bir çox ateistlər tanıyırdım, onlara eyni
sualla müraciət etdim: "Siz nə vaxtsa sevmisiniz?"
Onlar təəccüblənib deyirdilər: "Niyə mövzunu
dəyişirsiniz? Biz ki, Allah barədə söhbət etmişik".
Deyirdim: "Mən mövzunu dəyişmirəm, əksinə,
mövzuya yaxınlaşıram. Nə vaxtsa sevmisiniz?"
Cavab verirdilər: "Bəli, sevmişik".
"Onda, - mən dedim, - bir daha fikirləşin. Sevginin mövcud olduğunu elmi, rasional, məntiqi surətdə sübut edə bilərsiniz?"
"Xeyr, edə bilmərik".
Mən dedim: "Onda Allahı inkar etməyin, axı siz
Allahı elə bu səbəbdən inkar edirsiniz".
Sevgi insanı mütləq yaralayır, ancaq belə yara
cərrahi əməliyyata bənzəyir. Siz hədsiz nifrət
daşıyırsınız, bu nifrəti kəsib atmaq lazımdır. Bir
müddət yaranı, boşluğu hiss edə biləcəksiniz, adətən, nifrətin qərar tutduğu yerdə.