Ox gedib, geriyə dönməyəcəkdir.
Hər vaxt cavanlara qayğı gərəkdir.
O şey ki, olubdur, unutmaq gərək,
Əzabdan, bəladan qurtarsın ürək.
Çarəsiz dərd ilə yansaq dünyada,
Daha ağır dərdlə qurtarar o da.
Keçmiş müsibətlə alışmaq, yanmaq
Yeni müsibətlər törədər ancaq.
Hər əlacsız dərdin bir əlacı var,
Dərdi unutmaqla sağaltmaq olar.