Pərvanə Baba

Pərvanə Baba
@p3rvan3
Puan vermedi·128 syf.··
2024 5. kitabı
Albert Camus əsərlərindən ən çox haqqında eşitdiyim "Yad" romanını axır ki, işlədiyim yerin kitabxanasından götürüb oxumaq nəsib oldu :). Romanın yazı dili çox axıcı idi və insan oxuduqca oxumaq istəyirdi. Eyni zamanda hadisələrin sürətli şəkildə cərəyan etməsi və oxucunu çox intizarda saxlamaması yetərincə yaxşı nüansdır. Sonda bir roman oxumaqdan çox, bir film izləmiş kimi hiss edirəm. Əsas qəhrəmanımızın heç nəyə dəyər verməməsi, həvəssizliyi və ümumi olaraq hər şeyə etinasız yanaşmasının sonda bir səbəbə bağlanmaması bu "Yad" insanın həyatının da dəyərsiz olmasına gətirib çıxarır və özündən başqa hər kəs onun həyatı barədə qərarlar qəbul edə biləcək səviyyəyə gəlib çatır. Düşünürəm ki, ətrafımızda yetərincə "Yad" insanlar var və biz çox vaxt bu yadlığın səbəbini (əsas da son illər daha trend olan) travmalar mövzusuna bağlaya bilirik. Bəlkə də, hər şey elə kitabdakı kimi sadədir və xüsusi bir səbəbi yoxdur. Bu insanın öz seçdiyi və ya bildiyi tək yoldur. Sonda bir sualı özümüzdə sorğulayaq istəyirəm: Bəs biz həyatımız üçün önəmli hansı hissələrə "yad"ıq?
İnceleme
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020137bin okunma
9/10
·494 syf.··
2021 23. kitabı
·
6 günde okudu
·
Okunma: 26 Temmuz 2021 23:47
Bir sabah illərdir, görmədiyiniz bir dostunuzu düşünərək oyandınız. Bir saat sonra onunla küçədə qarşılaşdınız. Sizcə bu təsadüfdürmü yoxsa çox fərqli bir mənası ola bilərmi? Yolda gedirsiniz.
OlasılıksızAdam Fawer · April Yayıncılık · 202398,3bin okunma