Yadındadır?
Payız idi… Yadındadır? O ilk baxış? Baxışından elə çaşdım, Sənə qaçdım… Azca ayağım büdrədi, mənə güldün… O payız o gülüşünlə Çiçək açdım… O payız dünya gözümdə Qızlıq, qadınlıq taxtıydı. Sənə niyə inanmışdım? Mənə “gülüm” deyəndə sən Güllərin solan vaxtıydı… Yadındadır? Uzağa baxıram deyərdin mənə Uzaqgörən deyiləmmiş… Gözləmədiyim tərəflərdən Gəldin, amma Gözlədiyim tərəflərdə yoxsan indi… O istəyin, o həvəsin O payızdan bu payıza Qayıdarmı bir də geri? Özün doldura bilmirsən Xəyalın dolduran yeri. Nuranə Nur
Mən quzeyin "gün çıx","gün çıx" naləsi, Çatmaz mənə günəşin bir haləsi. Ey güneyin qanad açan laləsi, Apar məni bu ümidin dalınca.... من قوزئیین"گون چیخ،گون چیخ!"ناله‌سی چاتماز منه گونشین بیر هاله‌سی ائی گونئیین قاناد آچان لاله‌سی! آپار منی بو اومیدین دالینجا...
Reklam
Söz adamı Alış yan, Öz-özünlə barış yan! Ən böyük dərd budur ki, Sünbül-sünbül tarladan Bir dən sənin olmasın. Adın vətəndaş olsun, Vətən sənin olmasın.
Biz də ağaclar kimiyik; Baltalanan, rəndələnən, Budaq-budaq sındırılan Üryan qalmış ağaclarıq… Vaqonlarda, "barak"larda, Ayaqlarda, Zülümlərdə, ölümlərdə, Sürüdüblər, axıdıblar Çay yuxarı insanları Çay aşağı şalbanları. Yox, sənə yox, danışmıram. Sən cavanı, sən qocanı nə biləsən. Sürgünlərdə çıxan canı nə biləsən.
386 syf.
8/10 puan verdi
·
25 günde okudu
Şairin son illərdə yazdığı şeirlərinin toplandığı bu kitabda Vətənə,təbiətə və Musa Yaqub poeziyasının olmazsa olmazı olan sevgiyə dair mükəmməl şeirlərlə rastlaşırıq.”Payıza baxıram”ın ilk səhifələrində şairin həyat və yaradıcılığını daha yaxşı şəkildə mənimsəməmiz məqsədilə Ümman sakitliyi adlanan önsöz daxil edilib.Təxminən ilk 200 səhifədəki şeirlər vətənə və təbiətə həsr edilmişdir.Vətənə aid şeirləri ruhlandırıcı motivlərlə doludur.Son səhifələr isə sevgi şeirləridir.Musa Yaqub şeirləri ilə ruhumu oxşadı desəm yeridir. Şairdə diqqətimi çəkən bir payız sevdası var ki,qeyd etməsəm olmaz.Payızda yarpaqların tökülüşünə,küləyin pıçıltısına,payızın xatirələri oyatmasına tez-tez müraciət edir.Bəlkə də şeirlərini ömrünün payızında yazdığına işarə edir,nə bilmək olar..Bu mənada kitabın adının çox düzgün seçildiyini düşünürəm. Baxıram… Payızın nəyi olacaq? Ələnən ələyi, Solan çiçəyi, Soyuyan torpağı Düşən yarpağı Az qala şeirlərin yarısını alıntılamışam,qeyd dəftərimə də köçürmüşəm çoxunu.Tez-tez qayıdacağam buralara.Şeirə ehtiyac olduqca..
Payıza baxıram
Payıza baxıramMusa Yaqub · Araz Nəşriyyatı · 201019 okunma
Şeirimin əlidir saçında gəzən.
Sayfa 373Kitabı okudu
Reklam
417 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.