"Ətraf aləmin təsirinə bu cür həssas olan insan hər gün öz ruhunda nəsə əkir və nəsə düzəldir. Bəzən müsbət hisslərdən təşkil olunmuş gözəl bir bağ, bəzən də quraq və yararsız torpağı olan bir xiyaban."
"Bir başqasını daha da gücləndirə biləcək bu çətinliklrər onun, onsuz da, bədbin olan həyat fəlsəfəsini daha da qaraltmış, həyata olan şövqünü tamam söndürmüşdü."
"Aldığım ən böyük dərs bundan ibarətdir: susuzluğu yatırmaq üçün suyu və (ölməməyə kifayət edəcək qədər) yeməyi olan insanın nəyəsə görə şikayətlənməyə əsası yoxdur."
Eddi Rikenbaker (Sakit okeanda 24 gün ac və susuz qalmış məşhur amerikalı təyyarəçi)
"Xoşbəxtlik barədə danışmağı xoşlayırlar. Ancaq bilmirlər ki, insan olaraq dünyaya gəlmək elə ən böyük xoşbəxtlikdir. Axı onlar cansız bir daş, hərəkətsiz ağac, şüursuz heyvan da ola bilərdilər."