2009-cu ildə alimlər çəkidən əziyyət çəkən 16 mindən artıq insanı seçib, onlardan həftədə ən azı bir gün yediklərinin hamısını yazmalarını istəmişdi.
Əvvəlcə çətin gəlsə də, nəhayət çoxları həftədə bir dəfə, bəziləri isə gündəlik qeyd aparmağa başladı. Beləliklə bu hal vərdişə çevrildi. Altı ay sonra müntəzəm qeydlər aparanlar digərlərindən iki dəfə çox çəki itirmişdilər.
Vərdişlərin həyatımıza real təsirlərini elmi tədqiqatlar və əsaslandırmalar əsasında izah edən “Vərdişlərin hakimiyyəti” ən az bir dəfə oxumalı olduğumuz kitablardandı.Təkcə oxumaqla qalmayıb tətbiq etsək, dəyişimi özümüz də görə bilərik.