Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Ramazan Rizvan

Ramazan Rizvan
@ramazan_rizvan
Təbiətdəki hər bir varlıq müəyyən harmoniya içindədir, hər şey rəqs edir, hətta ən kiçik molekullar belə - azad və xaotik! Ancaq biz həmişəki kimi istisna təşkil edirik. Naciz cismimizə daşıya bilməyəcəyimiz qədər ağır qayaları yükləyib yola çıxırıq və bununla öz azadlığımızdan da vaz keçirik. Parlaq işıq gözümüzü qamaşdırır və onun ardınca gedərək daha çox təhlükəsizlikdə, daha təminatlı olduğumuzu düşünürük, biləks vəziyyətin ciddiyyətinə varmaq üçün bəzən hər şeydən uzaqlaşıb ümumi mənzərəyə nəzər salmaq və düşünmək gərəkir; işıq gələn yer, yoxsa it hürən tərəf ?! Bu, imtina deyil qətiyyən. Sadəcə daxili yerdəyişmə, möhkəm tutmaqdan çox yüngül tutmağa doğru olan dəyişiklik. Bəlkə, elə ən doğrusu budur?
Reklam
Tez-tez gördüyüm bir yuxu var. Həmin yuxuda necəsə qardaşımla rastlaşıram, sağ-salamat olduğunu, hətta aradan keçən dörd ildə (ilahi, artıq dörd ildir...) bir xeyli böyüyüb dəyişdiyini görüb həm çox sevinirəm, həm də həyəcanlanıram, bu hədsiz-hüdudsuz sevincimi bölüşməyə adam axtarıram. Amma əvvəlcə onu möhkəm bağrıma basıram, yanaşı oturub
Bəzi insanlar bir-birilərinə aiddirlər, həyatları boyu qovuşmasalar belə

Okur Takip Önerileri

Tümünü Gör