İki ağıllı adam əgər bir-birilə hələ lazımi qədər tanış deyilsə, ancaq, necə deyirlər, bir-birinə hörmət edirsə tanış olduqda söhbət üçün yarım saat söz tapmırlar, bir-birinin qabağında donub qalırlar, otururlar, bir-birindən utanırlar.
Qarşınızdakının nöqsanlarını deməyə isə heç tələsməyin. Əgər o, pis adamdırsa, deməli, özünü hamıdan yaxşı hesab edir və sənin iradlarını paxıllıq kimi qəbul edəcək. Əgər həqiqətən yaxşı adamdırsa, üzüləcək, ruhdan düşəcək. Birdə axı o, öz nöqsanlarını səndən də aydın görür və bilir. Onun bilmədiyi yaxşı cəhətləridir ki, sən də əgər xain, paxıl biri deyilsənsə, ona bunları xatırlat.