Əgər öz keçmiş həyatından hansısa bir dostunla, yaxud tanışınla birlikdə çıxıb gedirsənsə, sən yenə də özün olaraq qalırsan. Amma tək, tamamilə tək gedirsənsə, keçmişlə bütün əlaqələri kəsib yeni həyata başlayırsansa, cəmi bir ildən sonra səninlə elə bir metamorfoz baş verir ki, özündə özünü tanıya bilmirsən...
Biz insanlar hava limanlarındakı yoxlamaların bütün mərhələlərindən asanlıqla keçən ən böyük narkotik qutularıyıq. Bizim damarlarımızı və beynimizi dolduran dopamin, adrenalin, oksitosin, melatonin və başqa qadağan olunmuş vasitələr... İnsan bədəni ən böyük gizli narkotik fabrikidir.