Həzz alaraq oynayan ? Yoxsa oynayaraq həzz alan ?
Dostoyevski bu əsərdə Sevgi ilə Qumarı eyni tərəziyə qoyur və oxuculara çatdırır. Sevgi də bir növ Qumar kimidir, Alekseyin həyatı əsərin ilk səhifələrində müşahidəçi, emosional düşüncə sahibi və analiz etməyi bacaran bir şəxs kimi diqqət mərkəzinə qoyulur. Sonlara yaxın isə onun dərin bir mənəviyyat içərisində çökdüyünü görürük.
Dostoyevskinin digər əsərlərinə baxarkən də biz onun fərqli mövzuları, fərqli baxış açısında müxtəlif aspektlərlə oxucuya çatdırdığını oxuyaraq anlayırıq. Bu əsərdə də Sevgi kimi bir puzzle'ı maskalandıraraq Qumar mövzusu üzərində işlədiyini görürük.
Lewis Carroll
Səhifə : 106
Nəşriyyat : İş Bankası Kültür Yayınları
Hərkəsin oxuyub sevə biləcəyi bir əsər...Alisa Möcüzələr Diyarında...Bəlkə də hər birimiz Alisa kimi daxilən həmin dünyada olmuşuq. Yada hər birimizin zehnində canlandırdığı dünya Alisa kimi olub. Kitab içərisində olan mövzular; Alisa ilə heyvanların əlaqəsi və aralarında keçən dialoqlar; müxtəlif amma maraqlı obrazlar oxucuları daha doğrusu məni özünə cəlb edirdi. 1 gündə oxuyub bitirə biləcəyiniz bir əsərdir həmçinin, uşaqlara xitab etsədə, zənnimcə, böyüklərdə heç çəkinmədən oxuya bilər. Kitabı oxuyaraq daxili dünyanız daha çox addımlarla irəliləyəcək və xəyal dünyanızı Alisa birazda olsa çiçəkləndirəcək...
Salam, dedektif sevməyənlərə bu janrı sevdirəcək əsər məhz elə bu əsərdir. Bu kitab haqda istəyərəm ki, çox danışım. Aqatadan sözün əsl mənasında həzz alaraq oxunulacaq bir kitabdır. Əsərdə baş verən hadisələrin ətraflı və məntiqli ardıcıllığı məni heyran etdi deyə bilərəm. Əsər haqda qısa danışmalı olsam ; Bilinməyən bir adaya, bilinməyən şəxs tərəfindən dəvətlər göndərilir. Və adaya 10 qonaq dəvət olunur. Bir ada və sadəcə 10 nəfər...Heç bir qaçış yoxdur...Bu 10 nəfər arasında həyat mübarizəsi öz əksini tapır. Dedektif əsər olsada əsərdə dediyim kimi həyat mübarizəsi, aclıq, bir-birilərinə qarşı başlayan nifrət əsərdə qısa müddətdə üzə çıxır. Aqatadan əsər oxuyacaqsanızsa ilk məhz bu əsəri oxuyun deyərəm. Aqata Kristinin yenə özünün möhtəşəm ağıla sahib olduğunu bu əsər boyunca deyir...
Kitab : Emosiyalar
Yazıçı : Osho
Səhifə : 152
Nəşriyyat : Qanun Nəşriyyatı
Sizə bu gün Osho'nun gözəl kitabı haqda danışacam. Bu Osho'dan oxuduğum ilk əsər idi. Davamı da gələcəyini ümid edirəm Bu kitab mənə meditasiya kimi gəldi. Əsərdə yazıçı hər bir emosiyalar ya haqda məlumat verir. Və emosiyalarımızın ənfi və müsbət tərəflərini izah edir. Əsəri oxuduqdan sonra öz-özümə dedim : "bilmədiklərim çox şey varmış". Əsər sizi bunu deməy vadözlərinizi açıb həyatı yaxşı analz edin. Emosiyalarınıza alət olmayın. Öz kimliyinizin içərisində itməyin.
Əsərin sonunda Osho bir çox meditasiyalar tövsiyyə verir.
Gecə edəbiləcəyiniz, Cütlüklərlə edə biləcəyiniz və s.
Sizcədə bu gözəl deyilmi ? Bayaq da dediyim kimi bu əsərin özü belə meditasiyadır sanki, həyata yaşamağa vadar edir. Osho'dan bir əsər oxumamısınızsa bu əsərdəm başlaya bilərsiniz
Kitabla qalın
Şərh yazıb fikrinizi bildirsəniz çox sevinərəm
Kitab : İvan İlyiçin Ölümü
Müəllif : Lev Tolstoy
Səhifə : 96
Nəşriyyat : Kızıl Panda
İvan İlyiç...O, çox gözəl bir həyat keçirdiyini düşünür. Amma yaşamaq nədir? Yüksək yerlərə çatmaq üçün ömür boyu çalışmaq, yoxsa doya-doya yaşamaq? Mənim üçün yaşamaq tamam başqa şeydir. Əlbətdə, İvan İlyiç'in həyatı deyil. İnsan yaxşı yaşamalıdır. O hər anı doya-doya yaşamalıdır. Ən əsası özünüz və insanların etdikləri üçün. Düşünmədən...Və ölüm...Ölüm fikri, İnsanın ölümlə qarşı durması.
İvan İlyiç hüquq fakültəsini bitirmiş və uğurlu iş adamıdır. Daim yüksələn iş adamıdır. Amma son anına gələndə çox gözəl yaşadım deyərək özünə təsəlli verməyə çalışsa da, məncə həyat hər şeyi dərk edərək bu torpaqdan köçür. Ətrafındakı insanlar mütləq onun yanında dayanırlar. Hamı bunun İvan üçün doğru olduğunu düşünür. Daim özü ölümlə mübarizə aparır və özünü ölümə sığdırmır.
Tolstoydan dərs çıxarmalıq bir romandır. Çox bəyəndim. Bu əsər sayəsində bəzi şeylə həyatıma qatdım. Məncə tam yaşamaq üçün pula ehtiyac yoxdur. Sadəcə hörmət və xoşbəxtlik. Bu qədər. Yəqin ki, təhlilimi bəyəndiniz Elə ümid edirəm...
Xoş Mütaliələr
"Gözlerine bir bak, içinde hayat kalmamış"
"Belki de sürdürdüğüm yaşam, sürdürdüğüm yaşam değildir."