Röya

Röya
@royamustafa
Azərbaycan
23 June
145 reader point
Joined on September 2020
Tənhalıq-sərbəstlikdir. Elə bunu da arzulayırdım və uzun illərdən sonra qismət oldu. O, soyuq idi, bəli, həm də sakit. Sakitdən də sakit və ulduzlar sayrışan soyuq,sakit kəhkəşan kimi böyük.
Reklam
İndisə bunlar hamısı keçib gedib, heç vaxt geri qayıtmaz. Buna təəssüf etməyə dəyərmi? Yox, dəyməz! Keçib gedənə təəssüflənməzlər. İndiyə, bu günə təəssüflənmək lazımdır ki, hamısını bircə-bircə itirirsən,nə vaxt qurtaracağını gözləyirsən,çünki nə sevinc gətirir, nə də qəm.
Razılıq da, ağrı-acısızlıq da, sakit keçən günlər də, çox gözəl şey imiş, nə dərd-sərin ,nə də sevincin haray salmağa cəsarət edir. Hamısı pıçıltı ilə danışır, barmaqlarının ucunda yeriyir. Ancaq heyif ki, mən elələrindən deyiləm,bu cür razılığa, ortabablığa heç cür dözə bilmirəm, bir az keçən kimi ondan zəhləm gedir,iyrənirəm, ümidsizliyə,bədbinliyə qapılaraq başqa bir ab-havaya qaçmalı oluram.

Reader Follow Recommendations

See All
Eyni zamanda onu da bildim ki, bədbinliyinin əsas səbəbi dünyaya deyil, məhz özünə nifrətdir, çünki yer üzündəki təsisatdan,yaxud ayrı-ayrı şəxslər haqqında son dərəcə amansızcasına danışanda, heç vaxt yaxasını kənara çəkməz,ilk oxu özünə tuşlayar,əvvəlcə özünü inkar edər,özünü lənətləyərdi.
Adama elə gəlirdi ki, o hamıdan çox düşünüb- daşınır, söhbət mənəvi məsələlərdən gedəndə isə elə soyuqqanlı olur, elə inamlı, elə ağıllı mülahizələr yürürdür ki, yanlız yüksək mənəvi aləmi olan,özünü gözə soxmağa,kimisə yoldan çıxarmağa ,həmişə haqlı görünməyə çalışmayan adamlar bu cür danışa bilərdi.
Reklam
Geri132
487 öğeden 481 ile 487 arasındakiler gösteriliyor.