📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Yalnız ölüm qarşısında qorxaqlığı qürur və ləyaqətindən çox olan bir qorxaq özünə təsəlli verə bilər ki, bir zaman onun bədəni otda, daşda, qurbağada yaşayacaqdır... Öz ölməzliyini maddələr mübadiləsində görmək- qiymətli və əziz bir skripka sındıqdan sonra, onun qabının parlaq gələcəyi olduğunu qabaqcadan xəbər vermək kimi çox qəribə bir şeydir.
Həyat insana qüssə verən bir tələdir.Mütəffəkir bir adam yaşa dolub kamala çatdıqda özünü ixtiyarsız olaraq çıxılmaz bir tələdə hiss edir. Doğrudan da, o öz iradəsinə zidd olaraq,hər hansı bir təsadüf nəticəsində heçlikdən həyata keçirilmişdir... Nə üçün? Mütəfəkkir adam öz həyatının mənasını və məqsədini bilmək istəyəndə, ona demirlər, ya da sarsaq şeylər söyləyirlər, o, qapını döyür, amma açan olmur; ölüm də onun iradəsinə zidd olaraq onu yaxalayır. Həbsxanada ümumi bədbəxtliklə bir- birinə bağlı olan adamlar bir yerə toplanarkən özlərini yüngül hiss etdikləri kimi, həyatda da analizə və ümumiləşdirməyə nail olan adamlar bir yerə topanıb, vaxtlarını məğrur və azad ideya mübadiləsi ilə keçirdikdə, tələdə olduğunu hiss etmirsən. Ağıl bu mənada əvəzedilməz bir zövqdür.
Bu dünyada insan zəkasının ülvi mənəvi təzahürlərindən savayı, hər şey əhəmiyyətsiz və maraqsızdır.Ağıl heyvanla insan arasına möhkəm bir sədd çəkir, insanın ilahi bir vücud olmasına dəlalət edir və bir dərəcəyə qədər hətta onun üçün ölməzliyi, yəni olmayan bir şeyi əvəz edir. Buradan belə bir nəticə çıxır ki, insanın ağlı yeganə mümkün olan bir zövq mənbəyidir. Biz isə yan- yörəmizdə ağlı nə görürük, nə də eşidirik, demək, zövqdən məhrumuq. Əlbəttə, bizim kitablarımız vardır, lakin bu heç də canlı müsahibəni və ünsiyyəti əvəz etmir. Əgər belə bir müvəffəqiyyətsiz müqayisəyə icazə versəniz, cəsarətlə deyərəm ki, kitablar notdur, müsahibə isə mahnıdır.
Mütaliəsi hər dəfə bir neçə saat çəkdiyi halda heç də onu yormurdu. Kitabları tez- tez və dəlicəsinə oxumayıb, ağır- ağır və mənasına fikir verə-verə oxuyardı,çox zaman bəyəndiyi və ya anlaşılmayan yerlərdə dayanıb fikirləşərdi.