V a s i f
Əfsus ki, hiçdir sonu, türk ordusu varsın, Istərsə bütün Hindi də, Əfqanı da sarsın, Istərsə bütün qarşı çıqan manei yıqsın,
Turanı basıb bağrına Altaylara çıqsın,
Mümkün deyil, əsla olamaz naili-amal,
Etdikcə xəyanət əli bu milləti pamal.
K ü ç ü k z a b i t
Lakin saparaq başqası eylərsə xəyanət,
Seyr eyləyərək həp baqa dursunmu şu millət?