122 syf.
10/10 puan verdi
Hərbistan...
Salam, əziz 1000kitap ailəsi. Bu gün sizinlə gənc, amma bir o qədər də istedadlı yazarımızın kitabının incələməsini bölüşmək istərdim. Kitab gözləntilərimin qat-qat üstündə idi. İnsan bir anlıq düşünür; "Bu kitabı yazan doğrudan da 22 yaşlı Azərbaycan gəncidir mi? " deyə Əlbəttə çox sevindirici və qürurverici bir haldır. Kitabın adı
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202337 okunma
·
Puan vermedi
İblis mənzum faciəsi şərə qarşı qüvvətli etirazın ifadəsi olan Cavid dramaturgiyasının ən dəyərli əsərlərindən biridir. Bu əsərdə müharibənin yarattığı fəlakətləri ön plana çəkilir. Əsərin əsas surətlərindən biri Arifdir. Bu obrazla müəllif romantik bir şəkildə, bir tərəfdən, insanların iblisləşməsini, digər tərəfdən, türk xalqlarının, Şərq dünyasının fəlsəfi düşüncə tərzini ümumiləşdirilir. Əsərin əvvəlində kiçik ikən İstanbulda evi yanan, nəsli məhv olan, kiçik qardaşı Vasifdən ayrı düşən Arif gələcəyə şübhə ilə yanaşır. Mühiti ilə arzuları arasında uçurum görən bu obraz daha çok hissə qapılır. Mühitini dəyişdirmək gücünü özündə görmədiyindən cəmiyyətdən uzaqlaşır. Bəşəriyyətin, insanlığın zülm, şər qüvvə əlində çeynəndiyini gördükcə göylərə, Allaha xitab edir: - İnsanları xəlq etmədə var, bəlkə də hikmət, İblisə nə hacət? Müəllif Arifin timsalında insanın iblisələşə bildiyini göstərir. Nəfsinə sahip ola bilməyən insanın maddilik ucbatından iblisliyə sürükləndiyini açıqlayır. "Qüvvətə, altuna tabe dünya",- deyən İblis nəfsini təmin etmək üçün hər cür cinayətlər törədən əsl iblisliyin insanın xislətində olduğunu qabardır. Hüseyn Cavid'in sonda gəldiyi nəticə budur ki, İblislər öz nəfsinə məğlub olan insanlardır. Nə qədər ki onlar var, bəşəriyyət rifah və səadətə çata bilməz. İblis isə öz dili ilə deyir: İblis nədir? Cümlə xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir? - İblis!
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019645 okunma
Reklam
224 syf.
2/10 puan verdi
"İtirilmiş zaman"kitab təhlili
Bəlkə indi deyəcəklərim çox ağır olacaq.Amma kitab haqqında çoxda ürək açıcı danışa bilməyəcəm.İlk gördüyümdə düzü çox həvəslənmişdim. Vətən mövzusunda sevdiyim üçün kitabın mövzusuda həyəcanlandırmışdı. Ancaq kitab heçdə axıcı deyildi.Qısaca kitab klişedir.Baş qəhraman olan Səadətin eşqini oxumaqdan gözlərimizdən qan gəldi.Düzü romantik janr
İtirilmiş Zaman
İtirilmiş ZamanXanım Mehdixanlı · Qanun Nəşriyyatı · 20207 okunma
224 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
`Bu söhbəti xatırlarkən "səadət nədir?"- deyə, öz-özümə sual verdim. Səadət şəxsi "mən"dən, şəxsi təmayüldən, şəxsi arzuda əl çəkərək ümumi "mən"liyə, ümumi təmayülə və ümumi aruzya xidmət etmək deməkdir.` Əsər yuxu içində yuxu, nağıl içində nağıl xarakteri daşıyır. Biz Əhmədi oxuyuruq, Əhməd Çoponu oxuyur, Çopo isə daha başqa nağılları.. beləcə davam edir və iki hissədə ibarətdir. Birinci hissədə Xoruz qəbiləsindəki Çoponun tələbəlik illərindən, ikinci hissə isə Qoç, Yel qəbiləsi, İskit diyarıdakı macəraları ilə davam edir. Əsər özündə müxtəlif ölkələrin miflərini, hekayələrini və əfsanələrini əhatə edir. Həmçinin avesta və babil qanunları qarşımıza çıxır. Studentlər əsərində də olduğu kimi, yenə köhnə çürümüş adət-ənənə ilə mübarizə, tənbəllik, müharibə və vəhşiliyə qarşı savaş özünü göstərir. Çəmənzəminli, tək yolun şəxsi mənafeyi cəmiyyətin mənafeyinə qurban verilməsində görürür. Düşünürəm ki, Yusif fikirlərini müxtəlif obrazlarla çatdırsa da, daha çox Çopo və Ceyniz onun idealarının daşıyıcısıdırlar. Xoş mütaliələr!
Qızlar Bulağı
Qızlar BulağıYusuf Vezir Çemenzeminli · Bakı, Hədəf Nəşriyyatı · 201661 okunma