Saida Alizada

296 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
"Sahib olmadığın heç nəyi başqa birisinə verə bilməzsən" Axı hansı qüvvə səni dünyada qalmış yeganə heyvan- susüpürənlərin izi ilə apara bilər, özü də dünyanın sonuncu nöqtəsinə... Əsərdə sadəcə dünyada heyvanlar aləminin yox olduğu bir gələcəklə deyil həm də obrazların keşməkeşli həyat yolu ilə də tanış oluruq. Oxuduqca düşünürdüm, sadəcə heyvanlara, dənizə, təbiətə olan bir sevgi idimi Frennini səyahətə sövq edən, yoxsa heç vaxt dilinə gətirə bilmədiyi, sevgisini hiss etdirə bilmədiyi həyat yoldaşına olan vəfa borcu? Bəs Ennis? Nə vadar edirdi onu sona qədər davam etməyə? Dost xəyanətindən tutmuş dəniz sevgisi ilə həyata tutunmuş insanları görə biləcəyimiz bir əsərdi "Son Köç". Tövsiyəm isə nə biz, nə də canlılar köç etmədən bu kitaba yer ayırmaqdır. Ümidlər sonda ölür, bizə qalan isə həyatımızdakı hər şeyə hər kəsə bütün tərbiətə və canlılara layiq olduqları sevgini hiss etdirməkdir.
Son Köç
Son KöçŞarlot Makkonahi · Straus Nəşriyyatı · 20241 okunma
Reklam
Həyatın mənasını insanın ona bəxş etdikləri və qoyub getdikləri ilə ölçürlər. Amma mən daha yaxşısını bilirəm: onun mənasını heç ona verməməklə, verməyib verəcəklərindən məhrum etməklə də ölçmək mümkündür...
Ora gedib çatanda özümdən sonra bu dünyada heçnə qoymayacam: nə genlərimi daşıyan bir övlad, nə adımı tarixə yazan bir sənəd əsəri, nə bir kitab, nə də gördüyüm möhtəşəm işlər. Mən sakit və gözə görünməyəcək qədər kiçik bir həyat düşünürdüm. Lap tədqiq edilməyən, gözlərdən uzaq "Nemo nöqtəsi" kimi.
- Anam deyərdi ki, işarələri axtarım. - Nəyin işarəsini? - Həyatın. O deyirdi ki, bu işarələr hər yerdə gizlənib.
Straus NəşriyyatıKitabı okudu
Mən həyatındakı sevgilər arasında ikinci yerdəyəm. Ancaq səni dənizə qısqanmaq üçün gərək axmaq olam!
Sayfa 221 - Strauus PressKitabı okudu
Reklam
99 öğeden 1 ile 6 arasındakiler gösteriliyor.