"Sahib olmadığın heç nəyi başqa birisinə verə bilməzsən"
Axı hansı qüvvə səni dünyada qalmış yeganə heyvan- susüpürənlərin izi ilə apara bilər, özü də dünyanın sonuncu nöqtəsinə...
Əsərdə sadəcə dünyada heyvanlar aləminin yox olduğu bir gələcəklə deyil həm də obrazların keşməkeşli həyat yolu ilə də tanış oluruq. Oxuduqca düşünürdüm, sadəcə heyvanlara, dənizə, təbiətə olan bir sevgi idimi Frennini səyahətə sövq edən, yoxsa heç vaxt dilinə gətirə bilmədiyi, sevgisini hiss etdirə bilmədiyi həyat yoldaşına olan vəfa borcu? Bəs Ennis? Nə vadar edirdi onu sona qədər davam etməyə? Dost xəyanətindən tutmuş dəniz sevgisi ilə həyata tutunmuş insanları görə biləcəyimiz bir əsərdi "Son Köç". Tövsiyəm isə nə biz, nə də canlılar köç etmədən bu kitaba yer ayırmaqdır.
Ümidlər sonda ölür, bizə qalan isə həyatımızdakı hər şeyə hər kəsə bütün tərbiətə və canlılara layiq olduqları sevgini hiss etdirməkdir.