İlk öncə onu qeyd edim ki, bu təhlili bədii kitab oxumağa elə məhz E.Elatlının əsərləri ilə başlayan biri kimi yazıram.
Bir çox müzakirə dairələrində Elxan bəyin kitablarının qınandığına şahid
Yenicə bitirdim kitabı, təxmini eyni fikir və hisslərdəyik. Düşündüm ki, bu kitabdır, xəyal məhsuludur məni niyə bu qədər narahat elədi. Qərarım bu oldu, Elxan Elatlı kitabları reallıqdan bəhs edir. Bizim (ən azından mənim) bəyənmədiyimiz obrazların fikirləridir, kitabın ideologiyasıdı, qadına olan yanaşmadır, yazar deyil. Həqiqətən bu hadisələr baş verir ki, qələmə alınır. Həqiqətən ölkənin hansısa kəndində rayonunda lap elə Bakının özündə hansısa bir mənzildə bu hadisələr baş verir, bu talelər yaşanır. Kitabı oxumaq bizə nəsə qazandırmır bəlkə, adi gəlir, sıradan gəlir. Tövsiyə edə biləcəyimiz kitab həddində olmur. Ama ayıldır, qınamağa başlayanda ayılırsan nəyi qınadığını niyə qınadığını anlayırsan. Ayılırsan ki, bunlar həqiqətdi. Real dünyamızın olmuşlarıdı. Gələcəkdə olmaması üçün, qadına olan belə çirkin yanaşmanın davam etməməsi üçün, məişətdə belə problemlərin olmaması üçün var bu kitab. Oxuyub ayılmaq üçün. Həddən artıq pozitiv dünyada yaşayanlar üçün, ətrafa çəhrayı eynəklərdən baxanlar üçün var. (Sonda təşəkkür edirəm rəyiniz üçün. Bu rəy olmasa mən də belə uzun uzadı yazmazdım bəlkə də :) və bütün fikirlərin "məncə" olduğunu xüsusi olaraq vurğulayıram)