Azərbaycan şairi Nəriman Həsənzadə “Dünya sənlə gözəldir” demiyib də, belə yazıb:
Yenə də gözlərim gözündə qalıb
Gördüyüm mənaya qurban olaram
Əgər həqiqətsən,mən həqiqətə
Röyasan,röyaya qurban olaram.
Söhbətin şirindi, gülüşün təzə,
Saldın ürəyimi eşqə, həvəsə
Sən ayaq basdığın o yola izə,
Çəmənə, səhraya qurban olaram.
Çatsın hər muradın başa dünyada
Bir arzun dəyməsin daşa dünyada
Bu dünya gözəldi, yaşa dünyada
Sən olan dünyaya qurban olaram.