SerenadLivaneli Zülfü Livaneli
Kitabı oxuyub bitirməyimə sevinimmi, ya kədərlənimmi, ya da hələ oxumamış olanları qısqanımmı?? Bilmirəm.
Kitabın üzərindəki yazını ( "Okurlarını büyülüyor") oxuyanda
Ağ DişJack London
Povest bir yarı canavar balası olan itin başına gələn əhvalatlardan bəhs edir. Yazıçı bu povestində itin daxili aləmini, onun hər bir hissiyatını ustalıqla qələmə almışdır. Ağ diş öncə acınacaqlı həyat sürür, lakin əsərin sonuna yaxın o, xoşbəxt həyata nail olur. Bu əsərdə ədib öz fikirlərinə də yer vermişdir. Bu isə "Ağ diş"i oxunaqlı edən amillərdən biridir. Cek London bu əsəri ilə demək istəyir ki, heyvanla insan arasında fərq yoxdur. Əsərdə həmçinin insanın vəhşiliyi, onun ədalətsiz həyat qanunları pislənir və yazıçı bu əsərlə insanın heyvandan daha vəhşi olduğunu bildirmək istəyir... Fikirləşsək ki, heyvanlar zərər vursa belə bunu şüursuz şəkildə edir. Bəs insanlar niyə zərər vurur? Demək ki, insanla heyvan arasındakı fərq şüur deyil, iki canlını bir-birindən fərqləndirən şey mərhəmət və sevgidir, istər heyvan istərsə də insan.
Sözümü kitabda olan bir alıntı ilə bitirmək istəyirəm: " Ağ Diş mərhəmətin nə olduğunu bilmirdi, amma onun hər kəsdə ola biləcəyini düşünürdü".
Stefan Zweig'in kitablarını oxumağı çox sevirəm. Kitabların kiçik olmasına baxmayaraq o qədər dərin məzmuna və mənaya malik olur ki...
Kitablarını oxuduqca özünüz üçün bir dərs çıxaracağınıza əmin ola bilərsiniz, bu kitabda onlardan biridir. Kitabı oxuduqca əsas da sonlarda obrazın yaşadığı hissləri mən yaşayırmışam kimi gəldi, yazıçı oxucuya bu hissləri asanlıqla çatdırmağı bacarır.
Stefan oxucuya demək istəyir ki, bəzi insanlar yaşadığı müddətcə özünü anlamır və ya anlaması zaman alır, bəzən də gec olur. Biz bəlkə də yaşadığımızı sanarkən əslində nə istədiyimizi bilmədiyimiz, özümüzü anlamadığımız müddətcə yaşamış sayılmarıq. Kitabda ən sevdiyim alıntılardan biri də bunu sübut edir: "Bir kez kendini bulmuş olan kişinin bu yeryüzünde yitirecek bir şeyi yoktur artık. Ve bir kez kendi içindeki insanı anlamış olan bütün insanları anlar".
Birdə bu alıntını çox sevdim: "Çünkü sadece kendi kaderlerini bir gizem olarak yaşayabilenlerin gerçek anlamda yaşadıklarına inanıyorum".
Xoş mütaliələr. Olağanüstü Bir GeceStefan Zweig
Yeni işə başlamısınız, ilk dəfədir ki, yeni nələrəsə cəhd edəcəksiniz və həyəcanlısınız. Əgər birdən bacarmasam? İnsanlar belə danışar, arxamca bunları deyər deyə düşünürsünüzsə bu kitaba şans verə bilərsiniz. Həqiqətən çox maraqlı bir kitabdır və əgər sevdiyin kitablar hansıdır deyə soruşsalar ilk sıralarda bu kitabı deyərdim.
Müşahidə etmişəm ki, bizlərdə yeni bir işə başlamaq və ya cəhd etmək qorxusu var. Ya bacarmasam, ya nəyisə səhv etsəm, kimsə bu səhvlərə görə məni tənqid etsə?
Amma bu kitabdan öyrəndim ki, nə qədər yerimizdə dursaq, qorxularımızı yenib, istəklərimizi yerinə yetirmək üçün addım atmasaq bir o qədər bacarıqsız olacıyıq.
Yeni bir işə başlayanda birinci qorxunu yen, özünə inan və ilk addımını da inamla at !
Sən çox bacarıqlısan və hər şeyi bacaracaq gücə sahibsən.
Əsərdə də 23 yaşlı, diplomunu yeni almış bir həkim, əməliyyatları sadəcə kənardan izləyib, həyəcanlıdır və bir o qədər də qorxur, bu həkimin başına gələcək hadisələr əks olunub.
Xoş mütaliələr.
Genç Bir Doktorun AnılarıMihail Bulgakov
Kitab Freudun nişanlısına olan məktubların toplusudur.
Bu kitabı əsas nəyə görə sevdim desəm? Kitabda sevginin səmimiyyət, qarşılıqlı hörmət üzərində qurulduğu çox gözəl şəkildə göstərilib. Birdə Freudun sevdiyinə müraciət formaları çox xoşuma gəldi.
Freud nişanlısından uzaqdadır, gələcəkləri üçün çalışır və bu sırada sevdiyini də unutmur. İkilinin bir-birinə günlərinin necə keçdiyini anlatması incə sevginin nümunəsidir.
Kitabın sonu sürpriz doludur .
Freudun sizə də bir məktub yazmış olsa orda yazardı: " Məsafə sizin sevginizə əsla əngəl olmasın. Bir gün o məsafələr aşılacaq və siz qovuşacaqsınız ."
Sevgi MəktublarıSigmund Freud