“Yanlış hayat doğru yaşanamaz”
Aforizmalar və qısa mətnlərdən ibarət 153 bölümlük fəlsəfi əsər.
Bəzən realistik, bəzən də ironik olan kitab, fərdin modern kapitalist toplumda əxlaqına və yaşamına dair zəngin, anlaşılan, hərtərəfli mövzuları ələ alır. Adorno, Faşist rejimininin sürgünündən sonra Amerikaya gəlir və burda kapitalizm tərəfindən deformasiyaya uğramış yaşam şərtləri ilə qarşılaşır. Bu kimi məsələlərə baxışlarından dolayı yaranan teorik və ədəbi əsər keçən əsrin düşüncə klassiklərindən biridir. Tək bir mövzuda deyil, fərdi maraqlandıra biləcək demək olar ki bütün mövzuları ustaca işləyərək oxucuya fərqli baxmağı təklif edir və hər bölüm üçün ayrıca kitab yazılacaq məzmunda fikirlər qoyur.
Bunları yazarkən Adorno bugünki toplum barədə öncədən xəbər verirdimi bilmirəm, amma dövrünün ruhunu yansıdan nadir əsərlərdən birini yaratmağı bacarıb.
Minima Moralia azad düşünənlər üçün həm tənqid etməyə, həm də tənqid edilməyə açıq bir əsərdir. Çünki yazarın da dediyi kimi “düşünmeyi sevmemek çok geçmeden düşünmeyi becermemeye dönüşür.”