sel_can

sel_can
@selcan_12
Sonra da ki, bilirsən.. Sonraları olmur heç, nə ömürün, nə günün, nə də gözləməklərin. amma ki, sən hər gecə xəyalının küncündə nə vaxtsa gülümsəyən umudlar böyüdürsən. heç özün də bilmədən, özün də anlamadan- umudların yerinə buludlar böyüdürsən. böyüdürsən beləcə həsrəti, ayrılığı.. gözlərinin kökündə lillənir xatirələr, göllənir xatirələr.. gözləməklər o qədər, o qədər uzun çəkir.. səbrinin ortasına unudulmuş bıçaq tək millənir xatirələr.. xatirələr mil çəkir gözünün işığına, yavaş-yavaş gözlərin işıqdan düşüb gedir. həyatın da, ömrün də... sonra da ki, bilirsən sonraları olmur heç.. nə taleyin, nə bəxtin..nə də alın yazının. pəncərənin ağzında həsrətini çəkirsən, hardasa sənsiz qalan ömrün uşaq yazının bilirsən gəlməyəcək, qapını döyməyəcək.. səni səsləməyəcək, o uşaqlıq, o günlər.. o günlərdə sevdiyin o havalar,
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Barmaqları gəzdi ruhumda..onu hiss edirdim. Boynuma dəyən nəfəsini , ağır ağır hərəkət edən sinəsini , dərimin üzərindəki barmaqlarını.. gözlərimi yumub qaranlığın içində tamam itənə qədər gözlədim..onu anlamaq , onunla bərabər dərinlikdə olmaq istəyirdim.. qapqara bir dünyada yaşamaq necə olur anlamaq istəyirdim..işığın nə olduğunu bilməmək nə deməkdir ? Rəngləri bilməmək..insanların , heyvanların, evlərin , maşınların nəyə bənzədiklərini bilmədən yaşamaq.. səslərdən ibarət bir dünyada yaşamaq necə hissdir? Sıxırdım gözlərimi..var gücümlə sıxırdım.. zülmət qat qat ağırlaşırdı üzərimdə..əzildiyimi hiss edirdim , amma gözlərimi açmayacaqdım.. " nəfəs al " dedi. "Rahatla və nəfəs al". Həmin ana qədər nəfəsimi bayaqdan bəri tutduğumu hiss etməmişdim. Səsi qulağımda dalğalanarkən saç diblərimə qədər ürpərmiş , heç olmadığım qədər rahatlamışdım. Üz üzə dayanacaq şəkildə uzandım bu dəfə. Gözlərinin işıltısını zorla gördüm qaranlıqda. Gözlərimə baxmırdı , hardasa çox uzaqlarda dalğalanırdı iki cüt dəniz. .bunu dəqiq bilirdim amma o an..sadəcə bir an üçün əksini hiss etmişdim.. gözlərimi yumdum yenə..və əlimi aramla atan qəlbinin üzərinə qoyub gözlədim.. əlləri yenidən üzümü tapdı..göz qapaqlarımı , soyuqdan quruyan dodaqlarımı , həyəcandan tərləmiş alnımı tapdı.. qıvrılan saçlarımın arasında dəqiqələrlə nə isə axtarırmış kimi gəzdi.gəzdi..gəzdi✨
Üzümə uzun - uzun baxdı, tək kəlimə söyləmədən.. Həmin gün evə tək qayıtdım.. Ondan mənə qalacaq son xatirə gözündən mənə görə axan bəlkə də son göz yaşı oldu.. Bir də arxasını dönüb o qatara minməsi.. Sanki nə etdiyinin fərqində deyilmişəm kimi,qatar vağzaldan ayrılana qədər onun pəncərədəki üzünə baxdım, uzatdığı əlini tutdum və onunla birlikdə addımladım..sonra əllərimiz ayrıldı..bir dəfəlik..
sən mənim içimdəki adını qoya bilmədiyim o boşluqsan.. 🥀
Qadın getmir əslində. Onu kişi öz əli ilə göndərir. "Get" demir amma getməsi üçün əlindən gələni edir. Nə vicdanı var, nə mərhəməti. Verdiyi sözlər içi boş, yaşatdığı xoşbəxtliklər içi çürük. Qadın dözürsə sadəcə ümid edir. Ehh necə xəyalpərəst qadınlar yetişdirdi bu kişilər. Xəyal et ki, xoşbəxt olasan. Yaşamaqdan daha keçib. Qadın da ili ilə caladı, susdu,ağladı,getdi sonra geri döndü. İncindi və hər küskünlükdə gözü qaldı könül almalarda. Kişi nə etdi? Bir sığalı belə çox gördü. Əli başqa saçlarda gəzdi. O gəzdikcə qadın da getdi. Ruhu getmiş qadının bədəninə hesab sormayın. Bir gün o bədən də gedəcək bilirəm. Boğaza yığılan canın başqa şansı yoxdur. Bir gün qadınlar baş qaldıracaq onu da bilirəm. Gözləri açıldıqca onları avam etməyə çalışan kişilərə meydan oxuyacaqlar. Bəli, onlara qudurğan, harınlamış, həyasız və azmış deyəcəklər. Amma Qadın özü bilir. Özü özünü bilir. Bilir ki, əslində azdırıldığı yoldan dönüb özünə qayıdır. Qadın evdir. Qadın öz evinə qayıdır.”