Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
#sentyabr
sən axı bilmirsən üzünnən irağ – it kimi darıxmağ nə təhər olur... sən axı bilmirsən sənin yoxluğun hamıdan, hər şeydən beş-betər olur. sən axı bilmirsən əlim qurusun – sənə açmadığım zəng zəhər olur... günəş zəhər olur gün zəhər olur, yağış zəhər olur yol zəhər olur, bir qurtum araqla bir siqaretlə uzanır gecələr taa... səhər olur... sən axı bilmirsən hardan biləsən üzünnən irağ – it kimi darıxmağ nə təhər olur...
Sayfa 127 - "yazıçı" nəşriyyatı, Bakı 2015Kitabı okudu
352 syf.
8/10 puan verdi
·
Beğendi
(Spoiler) Savanna… əvvəlcə sahildə sarışın qızın yanındakı qarabuğdayı qız idi, Con üçün. Çantasını dənizdən çıxardığı adi bir qız… Lakin Savanna ilə vaxt keçirdikdən sonra o, adi bir qızdan Conun əbədi sevgisinə çevrildi. Oxumağın daşını atıb orduya yazılmış Conla Savannanın tanışlığı məzuniyyət vaxtı baş tutmuşdu. Məzuniyyət bitdikdən sonra onlar bir-biri ilə məktub vasitəsilə əlaqə saxlayır, zəngləşirdilər. Bir neçə müddət bu belə də davam edir… Ta ki 11 sentyabr hadisələrinə qədər… Bu hadisələrdən sonra Con iki il daha müqavilənin vaxtını uzadır. Yəni qısaca, ölkəsinə xidməti üstün tutub şəxsi həyatını qurban verir. Savannadan gələn məktubların sayı gün-gündən azalır...və bir gün “Sevgili Con” başlıqlı “Bağışla məni, Con” sonluqlu son məktubu əldə edir.
Sevgili John
Sevgili JohnNicholas Sparks · Artemis Yayınları · 2007413 okunma
Reklam
56 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Balıqların bütün iş gücü arxda - bir qarış yerdə o yan – bu yana üzməkdir. Ömürlərini yaşadıqları ərazidən uzaqlaşmadan başa vururlar. Onların düşüncələrinə görə yaşadıqları dünyadan başqa dünya yoxdur. “Balaca Qara Balıq”- da anası ilə o yan – bu yana üzməklə günləri bir – birinin ardınca yola verir. Ancaq son zamanlar bikef görünür. Çünki o
Küçük Kara Balık
Küçük Kara BalıkSamed Behrengi · Can Yayınları · 202330,9bin okunma
1 Sentyabr xoş gəldin.
Dedim ya, Eylül'dü. Savruluşu bundandı kimsesizliğimin. 💛
Cemal Süreya
Cemal Süreya
691 syf.
8/10 puan verdi
·
8 günde okudu
Ya gözlərim , ya bu kitab seçimləri arasında qalaraq sonda gözlərimə qəsd etdiyim bir kitab haqqında qısaca fikirlərimi bölüşəcəm. “ Tilsim” King’in Peter Straub ilə birgə yazdığı iki kitablıq seriyanın ilk kitabıdır . King mənim xəyalgücümün , təsəvvür qabiliyyətimin müəllimidir , zehin inqilabçısıdır . Oxuduğum hər kitabında o qədər fərqli
Tılsım
TılsımStephen King · İnkılap Kitabevi · 2002671 okunma
167 syf.
8/10 puan verdi
·
3 günde okudu
Yenə bir müharibə dəhşətlərini mövzu alan əsər. Yenə bir insanlıq dramı, faciələr, məhv olmuş həyatlar, qorxunc həqiqətlər... Əsir düşərgələri, ağıla sığmaz işgəncələr və bəşəriyyətin utanc tarixi... Müəllifimiz Viktor Emil Frankldır. Viktor Emil Frankl 1905-ci ildə Vyanada yahudi ailəsində doğulmuşdur. Psixologiyaya marağı hələ uşaq
İnsanın Anlam Arayışı
İnsanın Anlam ArayışıViktor E. Frankl · Okuyan Us Yayın · 202335,1bin okunma
Reklam
Spoiler vermiş ola bilərəm!)
"Hacksaw ridge" - insanı "mən nə izləyirəm!" deyə dəhşətə gətirən, müharibəyə bir daha dönə - dönə nifrət etdirən, eyni zamanda, qəhrəman olmaq üçün öldürməyin deyil, ürəkdən inanmağın ən vacib şərtlərdən olduğunu, silahsız da, öldürmədən, ölmədən də qəhrəman olmağın mümkün olduğunu öyrədən, yaşanmış real hadisələri və
512 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Başlayarkən heç bir gözləntim olmamasına rəğmən o qədər bəyəndim ki, bu incələmə üçün sözlərimin kifayət etməyəcəyini düşünürəm. Hər nə qədər uzun müddət təsirindən çıxmaqda çətinlik çəksəm də bu tip mövzuya sahib olan kitabları çox sevirəm. Almanlar, yəhudilər, tarix, yarım qalan həyatlar... Bir nəslin hekayəsi olan bu kitabda hər şey
Gökyüzünde Yıldızlar Parladıkça
Gökyüzünde Yıldızlar ParladıkçaKristin Harmel · Martı Kitabevi · 2013162 okunma
Adları fərqli, taleləri eyni...
Onlar gələcəyin müəllimi, gələcəyin həkimi, polisi, mühəndisi... Onlar nəsillərinin davamçıları, valideynlərinin fəxri... Onlar günahsız azyaşlılar... Onlar azərbaycanlılar və vicdansız düşmənin atəşinə qurban gedənlər... Onlar bizim yaramız, onlar bizim bacımız, qardaşımız... Göz yaşları ilə hazırladığım bu yazını sizlərə təqdim edirəm: Fariz Arzu oğlu Bədəlov - ailənin tək övladı idi, atasız böyümüşdü. 8 mart 2011-ci ildə, erməni şərəfsizləri anasının bayramını faciəyə çevirdilər. Allah rəhmət eləsin. Aygün Zirəddin qızı Şahmalıyeva - 2016-cı il. Sankt-Peterburqdan qonaq gəlmişdi. Çaydan tapdığı, düşmənin içinə bomba yerləşdirdiyi oyuncağın partlaması nəticəsində həlak oldu. Allah rəhmət eləsin. Zəhra Elnur qızı Quliyeva - 2017-ci il 4 iyul tarixində erməni atəşi nəticəsində həyatını itirən 14 aylıq körpə. Nənəsinin qucağında, nənəsi ilə getdi o dünyaya. Allah rəhmət eləsin. Fidan və Şəhriyar Qurbanovlar - bacı və qardaş. İki məktəbli. 27 sentyabr 2020-ci ildə, Ermənilərin Naftalanda yaşayış yerlərini atəşə tutması nəticəsində həyatlarını itiriblər. Allah rəhmət eləsin. Fərid İsgəndərov - hərbiçi olmaq istəyirdi. Düşmən onun da xəyallarını, ömrünü əlindən aldı. 4 oktyabr 2020-ci il 14 yaşlı Fəridin son günü oldu. Allah rəhmət eləsin. ... Və daha neçə şəhid azyaşlımız. Və daha neçə faciə. Onların qanının əvəzini silahlar çıxacaq. Qanları yerdə qalmayacaq. Onların xatirəsi əbədiyən yaşayacaq. Allah sizlərə rəhmət eləsin. 🇦🇿🖤
184 syf.
10/10 puan verdi
·
Beğendi
·
26 günde okudu
Düşünəndə hələ də qəribə gəlir. "Clarissa" bizim müzakirə kitabımız idi və mən adəti üzrə kitabı son günə saxlamış, 26 sentyabr bütün günü və gecəni oxumağa sərf etmişdim. Səhər 3 kimi, kitabın bitiminə 30 səhifə qalmış ara verdim, səhər müzakirədən əvvəl bitirmək üçün 7-də yenidən oyandım və o lənətli xəbəri gördüm. Yarım saat əvvəl paylaşılmış xəbərdə- ermənilərin başlatdığı və hələ də davam edən bir atışmadan yazırdılar. Bir yarım saat sonra internet istifadəsinə qadağa gəldi, maşının radiosu "bütün cəbhə boyu hücuma keçdiyimizi" fəxrlə elan edirdi. Hələ ki heç kimin dilinə müharibə sözü gəlmirdi, amma zənnimcə o gün bütün ölkə bunu düşünürdük. Onsuz da sülh tərəfdarı olan mən, "Clarissa" kimi bir kitabı bitirdiyim gün ölkəmin müharibədə olduğunu öyrəndim. Bəlkə də bu kitabı oxumasaydım, "insanlıq" kəliməsinin fərqli üzünü görməsəydim, Leonard və Clarissanı tanımasaydım bu qədər çətin olmazdı. Həmişə necə hər kitabın öz vaxtı olduğu və yalnış zamanda oxuyaraq necə heyif etdiyimizdən danışırıq, amma həyatımda ilk dəfə kitabın doğru zamanı seçdiyini gördüm. Bir çox təsadüflər nəticəsində mən onu məhz 27 sentyabr bitirdim və o gündən bəri əlim durmadan kitaba gedir, yenidən və yenidən xətlədiyim yerləri oxuyur, hər dəfəsində daha da dərindən təəccüblənir, kədərlənirəm. Bundan sonra nələr baş verəcək bilmirəm, amma mən oxumağa davam edəcəyəm. Çünki görünür, bu davam etməyin tək yoludur.
Clarissa
ClarissaStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 201713,6bin okunma
136 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.