Salam.
William Goldinglə tanışlığım bu kitabla oldu. Bu əsərdə sevdiyim məqamlar da oldu, sevmədiyim məqamlar da. Sanki tamlıq yox idi əsərdə. Çatışmazlıq var idi. Təhlillərə baxdım, demək olar, oxuyanların çoxu sevib bu əsəri. Ancaq mənə o qədər də sirayət etmədi. Bəlkə də müharibəylə bağlı çox kitab oxuduğumdandır ki, o hissləri ala bilmədim.
Sammy Mountjoy İkinci Dünya Müharibəsində əsir düşdükdən sonra, ağır cəzalara məhkum qalır, qaranlıq bir hücrəyə həbs edilir. Və işgəncələrə məruz qaldıqca bütün həyatını gözdən keçirməyə və sorğulamağa başlayır. Uşaqlığını, gəncliyini, ilk sevgisini, dostluqlarını, bütün yaşanmışlıqlarını. O qaranlığın içindən yenidən aydınlığa çıxmağın yollarını axtarırdı öz dünyasında. Amma bu mümkün idimi?
Ən çox təsir edən atası ilə bağlı anasını sorğulaması idi. Sammy atasını tanımadan böyümüş, onun kim olduğunu heç vaxt öyrənə bilməmişdi. Çünki anası hər dəfə onun suallarına yayındırıcı cavablar verib. Tanımadığı atasını öz xəyalında canlandırmaq necə bir hissdir görəsən?
“Serbest düşüş” azadlığın məhv oluşunu, insanın çöküşünü, müharibənin amansız üzünü göstərir. Bəzi iztirablar var ki, insanların hayatında silinməsi mümkün olmayan ağır izlərin buraxır. Sammy o iztirabların ifadəsi idi.