İnsanlar yalan danışmağı öyrənib yalanı sevdi, yalanın gözəlliyini tanıdı. Bu, bəlkə də, məsumanə, zarafatdan, nazdan, sevgi oyunlarından, gerçəkdən də, ola bilsin, atomdan başladı, amma bu yalan atomu onların ürəklərinə girmiş, xoşlarına gəlmişdi. Sonra tezliklə şəhvət baş qaldırdı, şəhvət qısqanclıq doğurdu, qısqanclıq da qəddarlıq... Tezliklə,