Səyahət Məhərrəmova

Səyahət Məhərrəmova
@seyahet_mva
16 okur puanı
Nisan 2024 tarihinde katıldı
10/10
·232 syf.··
Beğendi
·
2024 13. kitabı
·
25 saatte okudu
·
Okunma: 05 Ağustos 2024 11:55
"Hər kəs mütləq oxusun" deyə biləcəyim bir kitabdır. Çox anlaşılan və öyrədici tərzdə yazılıb. İnsana maliyyə azadlığına qovuşmağın yollarını, həmçinin maliyyə səriştəsinin vacibliyini öyrədir.
Varlı Ata, Kasıb AtaRobert T. Kiyosaki · Qanun Nəşriyyatı · 20229,2bin okunma
Puan vermedi·296 syf.··
2024 11. kitabı
·
42 günde okudu
·
Okunma: 03 Temmuz 2024 19:37
Çox maraqlı və təsirli bir əsərdir. Ümumiyyətlə, Cek Londonun əsərlərində bu və ya digər dərəcədə bir həyat eşqi duyulmaqdadır. Bu romanında da Ağdişin timsalında ölməz həyat eşqini görürük. Əsərdə Ağdişin çətinliklərlə dolu həyatı, bu həyat tərzinin onun formalaşmasındakı rolu, insanlara münasibəti unudulmaz bədii lövhələrlə əks olunmuşdur. Ən vəhşi canlının belə sevgi qarşısında ram olması əsərin əsas ideyasını təşkil edir.
AğdişJack London · Parlaq İmzalar Nəşriyyatı · 202195,4bin okunma
Puan vermedi·224 syf.··
2024 2. kitabı
·
4 günde okudu
·
Okunma: 20 Nisan 2024 19:02
Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı" romanı Azərbaycan ədəbiyyatı tarixində ilk tarixi- fəlsəfi roman kimi qiymətləndilir. "Qızlar bulağı" romanında yazıçı köhnəliklə yeniliyin mübarizəsi və dialektini tarixi-əfsanəvi materiallar əsasında obrazlı şəkildə ifadə etmişdir. Əsərdə müxtəlif dünyagörüşləri, din və fəlsəfə bir- biri ilə qarşılıqlı əlaqədə verilmişdir. Əsər tarixi roman hesab olunsa da, burada müasir dövrün insanını narahat edən bir sıra problemlərə toxunulmuşdur. Azadlıq, bərabərlik, sülh şəraitində yaşamaq, hər bir xalqın istədiyi həyatı qurmasını təmin etmək bütün dövrlər üçün aktual məsələlərdən olmuşdur. "Qızlar bulağı" romanında həyata və yaşama dair bir sıra fəlsəfi məsələlərə də yer verilmişdir. Çox bəyəndiyim bir əsər oldu.
Roman-Edebiyat
Qızlar BulağıYusuf Vezir Çemenzeminli · Bakı, Hədəf Nəşriyyatı · 2016101 okunma
Əsl Səyahət qayıtmaqdır
8/10
·446 syf.··
Beğendi
·
2024 1. kitabı
·
5 günde okudu
·
Okunma: 17 Nisan 2024 16:47
Ursula K.Le Quinin "Mülksüzlər" romanı utopiya mövzusunda yazılmış maraqlı əsərlərdən biridir. Əsərdə anarxizm və arxizm qarşılaşdırılır və hər ikisinin mənfi və müsbət cəhətləri göstərilir. Əsərin mərkəzində şəxsiyyətin azadlığı məsələsi durur. Əsərin qəhrəmanı olan Şevek hər iki planetdə yaşamış və müxtəlif sistemlərlə tanış olmuşdur. Odoist gənc Urrasa böyük ideyalarla getmişdir və sonda Anarresə dönərkən fikirləri müəyyən qədər dəyişsə də, bu gəncin qayəsi, ideologiyası dəyişməmişdir. O hər iki dünyaya gəlişində əliboş, özü ilə heç nə gətirmədən gəlmişdir... Əsər bədii-fəlsəfi və psixoloji cəhətdən də maraqlıdır. Əsərin hər bir cümləsi oxucunu dərin düşüncələrə qərq edir. Əsər ədəbi cəhətdən ağır bir əsərdir. Asanlıqla oxuyub bitirmək olmaz, düşünərək, anlayaraq, təsəvvür edərək oxumaq lazımdır. Əsərdəki mühit və hadisələrin ilk baxışdan təsəvvür edilməsi çətindir. Yalnız kitabın növbəti səhifələrində bu barədə aydın təsəvvür formalaşır. Ən çox bəyəndiyim sitat isə: " Oğru istəyirsənsə sahib yarat, cinayətkar istəyirsənsə qanun." Əsərdə verilən " Bəs əgər hər həyat yeni bir şey deyilsə biz niyə doğuluruq?" sualı isə insanı uzun düşüncələrə aparır...
Ütopya
MülksüzlərUrsula K. Le Guin · Egalite Nəşriyyat · 202115,5bin okunma