Shahin A

Shahin A
@shahin_ahmed0v
226 syf.
·
Puan vermedi
·
17 günde okudu
Markopaşa yazıları ve ötekiler Sabahattin Alinin sayca oxuduğum 11-ci kitabıdır. Bu kitab haqqında fikirlərimi demiyəcəm ve ya incələmə yazmayacam amma bir şey hədsiz çox maraqlıdı. Sabahattin Ali o dövrün yox bu dövrün yazarı olsaydı nələr olardı Türkiyədə?
Markopaşa Yazıları ve Ötekiler
Markopaşa Yazıları ve ÖtekilerSabahattin Ali · Yapı Kredi Yayınları · 19982,320 okunma
Reklam
104 syf.
8/10 puan verdi
·
9 saatte okudu
Bəyaz Gecələr Dostoyevskidən oxunabiləcək ən rahat əsərlərindən biridir, bəlkə də yazıçılıq karyerasının ilk dövrlərində yazdığı üçün. Özünəməxsus üslubu ilə bu qısa kitabda da oxuyucunu öz təsiri altına sala bilən yazarlardandı Dostoyevski. Hekayəmizdəki əsas obraz yalnızlıq çəkən bir gəncdir və bu gənc bəyaz gecələrin birində yolda gördüyü bir
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201973,5bin okunma
72 syf.
·
Puan vermedi
·
27 saatte okudu
Ne fark ederdi ki zaten? Herkes ölüyordu nasıl olsa; iyisi de kötüsü de, güçlüsü de zayıfıda, hayata dört elle sarılanı da yaşamı aşağılayanı da.. Herkes göçüp gidiyordu. Her şey göçüp gidiyordu. Kızıl Veba Jack Londonun sayca oxuduğum 3-cü kitabı oldu. Və bu üçünün arasından da ən sevdiyim "Kızıl Veba" kitabı oldu deyə bilərəm. Qısaca məlumat versəm adam çox uzaq görən imiş. Kitab 2013-cü ildə insanları 15 dəqiqə - 2 saat arasında sürətlə öldürən virusdan bəhs edir. Kitabda 8 milyard insandan təxminən 400 sağ qalmış insanın arasında olan şanslı Professor Smith'in 50-60 il sonra uşaqlara virus və insanların yox olması haqqında danışığını oxuyacıq. Məlum məsələ pandemi müddətində, corona virusun yeniden yoluxmaların artdığı vaxtda kitabı oxumaq birazda adamın ürəyin çəkə bilər. Ama kitab oxumağa dəyər.
Kızıl Veba
Kızıl VebaJack London · Türkiye İş Bankası kültür Yayınları · 202031,9bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
48 syf.
7/10 puan verdi
·
2 saatte okudu
Uşaq kitabı kimi tanınsa da, hər kəsin oxuya biləcəyi bir kitabdır. Yaşadığı yerin monotonluğundan sıxılmış və yeni yerləri kəşf etmək və görmək istəyən balaca Qara Balıqdan söhbet gedir. Anasının və yaşadığı cəmiyyətin bütün müqavimətlərinə baxmayaraq cəsarətlə hərəkət edir. Həyatı araşdırdığı, yeni macəralardan keçdiyi və oxucunu özü ilə apardığı qısa bir hekayədir.
Balaca Qara Balıq
Balaca Qara BalıqSamed Behrengi · Qanun Nəşriyyatı · 201930,9bin okunma
47 syf.
7/10 puan verdi
·
Beğendi
·
10 saatte okudu
Sevil pyesi ilk tanışlığım babamın mənə "Ay Şahin mənim hekayəmi heç oxumusan?" deməyi ilə başladı. (P.S babamın adı Balaşahdı qısaca Balaş). Beləcə kitabı alıb oxumağa başladım. Sevil —1928-ci ildə Azərbaycanlı dramaturq Cəfər Cabbarlı tərəfindən qələmə alınmış pyesdir. Bu əsər əsas etibarilə qadınların cəmiyyətdəki rolundan, onların çəkdiyi əzablardan, apardıqları mübarizədən və nəhayət, geridə qalmış patriarxat ənənələr üzərindəki qələbəsindən bəhs edir. Çox rahat, anlaşılan dildə yazılmış, oxunaqlı əsərdir. Qadın azadlığı haqqında yazılmış bu əsərdə sovet dövrünün, ideologiyasının təsiri (din, sosializm barədə qeyd edilənlər) hiss edilsə də, əsər mövzu baxımından öz aktuallığını hələ də itirməmişdir. Çox təəssüf ki, yazılmasından 100 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də aktual olması yəqin ki, bir faciədir.
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928330 okunma
Reklam
80 syf.
7/10 puan verdi
·
13 saatte okudu
Qədim Yunanın Eshilos və Evripides ilə bərabər 3 böyük tragediya yazarlarından biri olan Sofokl altmış iki illik ədəbi fəaliyyəti dövründə rəvayətə görə 123 əsər yazmışdır ki, bizə bunlardan sadəcə 7si çatmışdır. "Tiran Edip" də bunlardan biridir. Bu kitaba nədən bəhs edildiyini bilmədən oxumağa başladım və oxuduqca mövzusunun əvvəlcədən oxuduğum Orhan Pamuk'un "Kırmızı Saçlı kadın" kitabına oxşar olduğunu gördüm. Orhan Pamukun bu kitabında şərq və qərb mifologiyasından söhbət gedirdi və şərq mifologiyasında ata oğulu öldürürdüsə, qərb mifologiyasında isə məzmun biraz daha mürəkkəbdir. Oğul atasını öldürür və anası ilə yatır. Bunun səbəbi isə illər əvvəl  anası və atasından bədbəxt hadisələr nəticəsində ayrılan Edip onları tanımaması və bu hadisələr zənciri ilə birlikdə bir çox səhvlər etməsidir. Həqiqətləri öyrəndikdən sonra isə o dərin bir böhran keçirir və özünü cəzalandırmaq məqsədi ilə gözünü kor edir. Və ədəbiyyatda Edip kompleksi anlayışı mövcuddur. (ing. Oedipus complex) Bu oğlanın anasına qarşı duyduğu şüursuz yaxınlığa görə atasını qısqanması və bununla əlaqədar ruhi pozğunluqlar kompleksinə verilən addır. Kral Edip Sofokla görə bir əsər qəhrəmanı idisə, Freydə görə insan olmağın faciəvi hallarından biri idi.
Tiran Edip
Tiran EdipSophokles · Qanun Nəşriyyatı · 20188,7bin okunma
144 syf.
8/10 puan verdi
·
3 günde okudu
"Kitablar bir işə yaramır, insanın kiməsə ehtiyacı var, kiməsə yaxın olmaq istəyir."    Siçanlar ve adamlar Nobel ədəbiyyat mükafatı sahibi John Steinbeck tərəfindən yazılmış novelladır. ABŞda orta məktəbdə oxunması məcburi olan kitablar siyahısındadır. İncələməmə elə bu mövzuya toxunaraq başlamaq istəyirəm.   Bilindiyi kimi, kitab
Siçanlar və Adamlar
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2016170,8bin okunma
163 syf.
9/10 puan verdi
·
3 günde okudu
Sabahattin Alidən oxuduğum ilk kitabdır. Oxuduqdan sonra digər kitablarını da oxumaq istəyim yarandı və artıq 5ci kitabı oxuyuram. Amma yenə də ən 1ci olaraq Kürk Mantolu Madonna öz yerini qorudu. Kitaba gəldikdə isə Rasimin dostlarından birinin onu işə götürməsi və yolunun Raif efəndi ilə kəsişməsi ilə başlayır. Sonrasında Raif efəndinin bütün həyatı boyunca hamıdan gizlətdiyi və axırda bir dəftərə yazmağa qərar verdiyi sirrini öyrənəcəyik. Raif efendinin Maria Puderə hiss etdiyi sonsuz sevgi çox gözəl bir şəkildə ifadə olunmuşdur. Sıxılmadan oxuya biləcəyiniz axıcı və çox möhtəşəm kitabdır. Xoş mütaliələr.
Kürk Mantolu Madonna
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2021313,2bin okunma
176 syf.
8/10 puan verdi
·
Beğendi
Hələ 5ci sinifdə oxuyanda babamın mənə hədiyyə etdiyi və mənim də ilk oxuduğum roman olaraq bu kitabın mən də xüsusi yeri var. Kitab eyni gün doğulan və birbirlərinə əkiz kimi bənzəyən 2 uşağın təsadüfən qarşılaşması ilə həyatlarının anidən dəyişməsi haqqındadır. Şahzadə Edward və yoxsul ailədə doğulmuş Tom qarşılaşdıqdan sonra əyləncə xatirinə paltarlarını dəyişirlər və hadisələr beləcə başlayır. Uşaq ədəbiyyatı olmağına baxmayaraq hər kəsin sevə-sevə oxuya biləcəyi bir roman olduğunu düşünürəm. Xoş mütaliələr .
Prens ve Dilenci
Prens ve DilenciMark Twain · Epsilon Yayınları · 20111,690 okunma
252 syf.
9/10 puan verdi
·
4 günde okudu
Teomanın, uşaqlığımdan bəri bütün mahnılarını dinlədiyim, heyran olduğum sənətçinin səsindən öz həyat hekayəsini dinləmək mükəmməl idi, elə ilk incələməmi də məhz Teoman üzərindən etmək istədim. Teomanın da kitabın əvvəllərində dediyi kimi kitaba çox böyük bir ədəbi həz almaq məqsədi ilə başlamadım, otobiyoqrafik əsərdən bunu gözləmək də əslində axmaqlıq olardı. Məqsədim illərdir dinlədiyim sənətçini daha yaxından tanımaq, səhnə arxasındakı həyatına az da olsa aşina olmaq, bəlkə biraz da özümlə arasında bənzərliklər axtarmaq idi, kim bilər, bəlkə də nail olmuşdum bu istəyimə də... Kitabın ilərləyən səhifələrində görürük ki, əslində səhnədən tanıdığımız, o şahşahlı, dərdsiz- tasasız həyatlar yaşadıqlarına inandığımız insanların hamısı öz dünyasında öz mənlikləri ilə savaş içərisindədirlər. Teoman abimizin həyatında da hər şey yolunda getsə də yolunda olmayan hər zaman bir şeylər olmuşdur.Necə ki hər birimizin həyatında da olduğu kimi... "İnsanlar bu kitaptan çıktıklarında hafiflemiş hissetsinler istedim." Mən kitab bitdikdən sonra hissetdim deyə bilərəm, fikrimcə hər bir Teoman sevər bu kitabı mütləq oxumalı və ya mənim kimi öz səsindən dinləməli, özü üçün nəticə çıxarmalıdır, çünki bütün Teoman sevərləri birləşdirən bir nöqtə vardır. İndidən xoş mütaliələr, kitabla qalın:)
Fasa Fiso
Fasa FisoTeoman · Hep Kitap · 20181,648 okunma